Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

23.04.2021 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin bir bareli 65,07 dollara satılır

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 65,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,46 dollar bahalaşaraq 61,89 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 65,07 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az