Ehtiyatlar sentyabrın 1-nə 6 milyard 483,9 milyon ABŞ dolları olub
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
AYNA Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları sentyabrın 1-nə 6 milyard 483,9 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 15,2 milyon dollar çoxdur.