“Mançester Siti” səfərdə “Çelsi”ni məğlub edib

İdman

04.01.2021 - 05:52

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb

 

Yanvarın 3-də futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması keçirilib. AYNA xəbər verir ki, “Çelsi” klubu öz meydanında “Mançester Siti” komandasını qəbul edib.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 29-a çatdıraraq 5-ci yerdə, “Çelsi” isə 26 xalla 8-ci yerdə qərarlaşıb.

 

 

Müəllif: Ayna.az