Lekornu istefa ərizəsi təqdim edib

Dünya

06.10.2025 - 15:38

Baş nazir istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib

Fransanın Baş naziri Sebastien Lekornu istefa ərizəsi verib. AYNA.AZ xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən BFM TV məlumat yayıb.

"Baş nazir istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim edib. Dövlət başçısı bunu qəbul edib", - məlumatda qeyd edilib.

Sentyabrın 8-də Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) sosial xərclərin azaldılmasını nəzərdə tutan təklif olunan qənaət paketinə görə Fransua Bayru hökumətinə etimadsızlıq səsi verib. Ertəsi gün Bayru istefa verib, bundan sonra Prezident Emmanuel Makron Sebastien Lekornunu Baş nazir təyin edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş