“Koronavirusdan ölənlər arasında peyvənd olunan yoxdur” - <font color=red> TƏBİB-dən AÇIQLAMA</font>

Cəmiyyət

20.08.2021 - 00:45

Akif Qurbanov vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib

 

“Reanimasiya şöbələrində müalicə alan, vəziyyəti ağır olan, o cümlədən həyatını itirən xəstələr arasında vaksinasiya olunmuşlar yoxdur”.

 

AYNA xəbər verir ki, bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

 

A.Qurbanov bildirib ki, onlar hamısı vaksinasiya olunmamış şəxslərdir:

 

“Bəzən deyirlər ki, filankəs vaksinasiya olunmuşdu, amma yenə xəstələnib. Biz də həmişə deyirik: heç bir vaksin 100 faiz müdafiə etmir. Vaksinasiya olunmuş insanların arasında 5-10 faiz var ki, onlar xəstəliyə yoluxa bilərlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş