Qırğızıstan Prezidenti Fələstin barədə məhkəmə prosesinin aparılmasını tələb edib
Qırğızıstan Prezidenti Sadır Japarov beynəlxalq ictimaiyyəti Fələstindəki vəziyyətlə bağlı hüquqi araşdırma başlatmağa çağırıb və ölkənin müstəqilliyini müdafiə edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Biz fələstinlilərə qarşı soyqırımın dayandırılmasını və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən beynəlxalq məhkəmə araşdırmasının başlanmasını tələb edirik", - deyə Japarov BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Fələstin 1967-ci il sərhədləri əsasında müstəqillik qazanmalıdır: "Ölkəm hər zaman zorakılığı və terrorizmin bütün formalarını qəti şəkildə pisləyib. Qəzza, İran, Livan və digər regionlarda terrorizmə və müasir təhdidlərə qarşı mübarizə onların miqyasına və xarakterinə uyğun aparılmalıdır. Mülki insanlar, qadınlar və uşaqlar əziyyət çəkməməli və həyatlarını qurban verməməlidirlər".