Fikrət Əliyevin yubileyinə həsr olunmuş filmin çəkilişləri yekunlaşır

Mədəniyyət

25.07.2019 - 17:45

Bədii-sənədli filmdə rejissorun çəkdiyi filmlərin qəhrəmanları öz xatirələrini bölüşürlər

 

ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzi Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyevin 80 illik yubileyinə həsr olunmuş filmin çəkilişlərini yekunlaşmaq üzrədir. AYNA xəbər verir ki, bədii-sənədli filmdə rejissorun çəkdiyi filmlərin qəhrəmanları öz xatirələrini bölüşürlər.

 

Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəh ərazilərində aparılır. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edir.

Müəllif: Ayna.az