“Erməni keşişlər bizi Xudavəngə buraxmaq istəmirdilər” - <font color=red> Robert Mobili</font>

Cəmiyyət

09.12.2020 - 13:36

Alban-Udin Xristian İcmasının rəhbəri: Alban kilsəsi ermənilərə Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra verilib

 

Alban-Udin Xristian İcması 7 dekabr 2020-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda yerləşən qədim Xudavəng monastırında ilk dəfə kilsə ibadəti edə bildi. Monastırda olan erməni keşişlər, Qafqaz Albaniyası qədim kilsəsinin qanuni varislərinin ibadətgahlarını ziyarət etmələrinin qarşısını almağa çalışdılar.

 

Elə həmin gün bir sıra Azərbaycan saytları Alban-Udin Xristian İcmasının sədr müavini Rafik Danakarinin monastırın vaizi təyin olunması barədə xəbər yaydı.

 

İcmanın rəhbəri Robert Mobili AYNA-ya açıqlamasında deyib ki, erməni keşişlər, həqiqətən onların Xudavəng monastırında ilahi ibadət etmələrinin qarşısını almağa çalışıblar: “Bu ibadətgahı ziyarət etmək istəyirdik. Ancaq əvvəlcə bizi monastıra buraxmaq istəmirdilər. Çox şükür ki, sonra bu problem həll edildi”.

Роберт Мобили: Вандализм – государственная стратегия Армении | Report.az

Mobili monastıra bir alban keşişin təyin edilməsindən də danışıb: “Udinlər hazırda bərpa etmək üçün çalışdığımız Alban Kilsəsinin tərəfdarlarıdır. Bu iş iyirmi ildir davam edir. Xatırladım ki, Alban kilsələri Azərbaycanın Rusiya İmperiyası tərəfindən işğal edilməsindən sonra ermənilərə verilib. Kilsənin tam bərpası üzərində işlərin iki il ərzində başa çatacağını düşünürəm”.

 

İcma rəhbəri əlavə edib ki, Xudavəng kəndində hazırda erməni əhalisi yoxdur: “Orada rus sülhməramlıları var. Monastırda bir erməni keşişi və cəmi bir neçə rahib var. Ancaq bu monastırın ermənilərlə heç bir əlaqəsi yoxdur. Bu, ermənilər tərəfindən mənimsənilən bir Alban monastırıdır. Sovet dövründən 1992-ci ilə qədər bu məbədin qapılarında sadəcə bir qıfıl var idi”.

Müəllif: Rəşad Rüstəmov