“Dializ xəstələri fərdi nəqliyyat vasitəsilə xəstəxanaya gedə bilərlər” - <font color=red> TƏBİB</font>

Cəmiyyət

06.06.2020 - 14:43

TƏBİB rəsmisi sosial şəbəkələrdə yayılan şikayətlərlə bağlı məsələyə aydınlıq gətirib

 

Səhər saatlarından sosial mediada təcili tibbi yardıma zəng edib əliboş və çarəsiz qalan xəstə yaxınlarının paylaşımları yayılır. Şikayətlərin ümumi məzmunu belədir ki, koronavirus xəstələrinin və ümumilikdə müraciətlərin sayı çox olduğundan təcili yardım hər zəngə gedə bilmir. Bu məqamda dializ xəstələri və yaxınları isə nə edəcəklərini bilmədiyindən daha çox narahatdır. 


Məsələ ilə bağlı AYNA-ya açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib ki, dializ xəstələri xəstəxanaya fərdi nəqliyyat vasitəsi ilə gedə bilərlər:  “Müraciət edənlərə də, 103 xidmətinə də bildirmişik ki, dializ xəstələri xəstəlik kağızını götürərək xəstəxanaya fərdi nəqliyyat vasitəsi ilə gedə bilərlər. Səhər saatlarından gedən xəstələrin evlərinə daşınması üçün nəqliyyat vasitələri təşkil olunub”.

 

R.Əliyeva onu da əlavə edib ki, xəstənin yanında gedən yaxını orada gözləməli və xəstə ilə birgə qayıtmalıdır.

 

Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib

 

Müəllif: Aləmdə Nəsib