Cabir İmanov vəfat edib

Mədəniyyət

29.09.2025 - 14:45

Əməkdar artist idman zalında infarkt keçirib

Əməkdar artist Cabir İmanov vəfat edib. AYNA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, o bu gün Bakının Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, amma 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş