Prezident seçkilərində sağ mərkəzçi Rodriqo Paz qalib gəlib
Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda sağ mərkəzçi Xristian Demokrat Partiyasının namizədi senator Rodriqo Paz qalib gəlib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bülletenlərin 98%-i hesablandıqdan sonra Paz 54,6% səs toplayıb. Onun rəqibi, keçmiş Prezident, "Azadlıq və Demokratiya" sağçı koalisiyasının namizədi Xorxe Quiroqa 45,4% səs toplayıb.
Yeni prezident noyabrın 8-də vəzifəsinin icrasına başlayacaq.
Paz 1989-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş Boliviyanın keçmiş Prezidenti Xayme Paz Zamoranın oğludur.