“Bloomberg”: Avropa Rusiyanı təyyarələrini məhv etməklə hədələyir

Dünya

26.09.2025 - 12:04

Almaniya, Fransa və Böyük Britaniya səfirləri Rusiya təyyarələrinin Estoniya ərazisinə soxulması ilə bağlı narahatlıqlarını ifadə ediblər

Avropa ölkələrinin nümayəndələri Rusiyanı hava məkanını pozduqlarına görə təyyarələri məhv etməyə hazır olduqları barədə xəbərdar ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Almaniya, Fransa və Böyük Britaniya səfirləri Moskvada keçirilən görüşdə Rusiya təyyarələrinin Estoniya ərazisinə soxulması ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bundan başqa, mənbələr qeyd ediblər ki, Avropa Rusiya ilə münasibətlərdə mümkün gərginliyin artmasından ehtiyat edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş