Azərbaycan və Türkiyə ortaq filmlər çəkəcək

Mədəniyyət

07.02.2022 - 08:44

Həkimlər Klinikalar SEO Xidməti

Bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib

Azərbaycan Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ‘Dailiy Sabah’ dərgisinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, iki ölkə ortaq filmlər çəkməyi planlaşdırır.

Eyni zamanda, Azərbaycan 2023-cü ildə türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir.

Müəllif: Ayna.az