Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

29.05.2021 - 11:41

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,65 % artıb.

 

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,67 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az