Təşkilatın məqsədi gələcəkdə dünyanın məhv olacağı təqdirdə yaşaya biləcək başqa bir planet yaratmaqdır
İngiltərədə nəşr olunan “The Guardian”ın elmi redaktoru Ian Sample İsrailin “Beresheet” kosmik gəmisində minlərlə su ayısının olduğunu yazıb. Qeyd olunub ki, dünyanın ən dözümlü heyvanları sayılan su ayıları kosmosda da yaşaya bilər.
Su ayılarını “Beresheet”ə ABŞ-da fəaliyyət göstərən “Arch Mission Foundation” təşkilatı tərəfindən yükləndiyi bildirilir. Təşkilatın məqsədi gələcəkdə dünyanın məhv olacağı təqdirdə yaşaya biləcək başqa bir planet yaratmaqdır.
BBC-nin yazdığına görə, Nova Spivack bildirib ki, “Bizim yükümüz dünyadan sağ çıxan tək şey ola bilər”.
Tardigrad və ya daha çox su ayısı kimi tanınan canlının 520 milyon ildən 100 milyon ilə qədər yaşadığı düşünülür. 150 dərəcə istiyə və -272 dərəcə soyuğa dözə bilən su ayıları dinozavrların olduğu və yoxa çıxdığı dövrdə mövcud olub.
Edinburq Universitetinin astrobiologiya fakültəsinin doktorantı Filippe Reekie isə "The Guardian"a açıqlamasında su ayılarının Ayda sağ qalmaması üçün heç bir səbəb olmadığını söyləyib: “Aydakı üçün əsas maneələr atmosfer və yüksək radiasiyadır, lakin su ayıları hər iki şəraitdə də yaşaya bilər”.
O, həmçinin qeyd edib ki, digər tərəfdən, su ayılarının ayda yayılması və çoxalması mümkünsüzdür.