"Bu gündən etibarən xüsusi zərurət olmadıqda, heç bir xəstənin İrana keçməsinə imkan vermirlər”
“Astarada vəziyyət yaxşıdır, heç bir qorxu, təlaş yoxdur. Heç bir xəstəlik halı müşahidə edilmir. Səhiyyə nazirinin müavini bu gün rayonda oldu, böyük iclas keçirildi, iclasda rayondakı bütün müəssisələrin rəhbərləri iştirak edirdi. İclas iştirakçılarına profilaktik tədbirlərin görlməsi ilə bağlı göstəriş verildi”.
Bu barədə AYNA-ya Astara Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev məlumat verib. Onun sözlərinə görə, sərhədin hər iki tərəfində dezinfeksiya işləri həyata keçirilib.
“Gedib-gələnlər ciddi şəkildə yoxlanılır, hərarətlərinin, qrip əlamətlərinin olub-olmamasına xüsusi diqqət edirlər. Sərhəd isə tam bağlanmayıb, Azərbaycanda qalmış İran vətəndaşlarını İrana buraxırlar, İrandakıları da Azərbaycana", - həmsöhbətimiz deyib.
Rumiyyə Miraslan
Pin up casino Pin-up casino giriş