FOTOLAR"/>

Arif Əliyev "Sənət əbədidir, ömür amanat" kitabını təqdim etdi – <font color=red> FOTOLAR</font>

Mədəniyyət

28.09.2019 - 22:53

Tanınmış jurnalist və publisist Arif Əliyevin "Sənət əbədidir, ömür amanat" kitabının təqdimat mərasimi keçirilib


AYNA xəbər verir ki, mərasim VI Beynəlxalq Kitab yarmarkası çərçivəsində baş tutub.

 

Üçpərdəli sənədli povestdən ibarət əsər, tanınmış kino xadimi Ədil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə "Sənətkar və zaman"  mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında yazılıb.

 

Kitabın müəllifi A.Əliyev mərhum rejissor Rövşən Almuradlı ilə xatirələrindən və bu kitabın işıq üzü görməsinə gətirən yollardan danışıb. O, Rövşən Almuradlının Azərbaycan üçün böyük itki olduğunu söyləyyib. Müəllif mərhum rejissor haqqında ən xoş düşüncələrini tədbir iştirakçılarına çatdırıb. 

 

Mərasimdə bir çox ziyalılar və R.Almuradlının sənət dostları iştirak edib. Rejissor haqqında xalq şairi Ramiz Rövşən, tanınmış jurnalistlər Elçin Şıxlı və Qulu Məhərrəmli, həmçinin vəkil Aslan İsmayılov çıxışlar edərək Rövşən Almuradlı yaradıcılığından və onun cəmiyyətə təsirindən bəhs ediblər.

 

Tədbir müəllifin kitabının imzalanması mərasimi ilə yekunlaşıb.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə