Tag Archives: ayna-qazeti

Cohar Tsarnayevdən yeni etiraf: teraktı qardaşımla birlikdə törətdik

Cohar Tsarnayev FTB-yə Bostondakı partlayışları qardaşı Tamerlanla birlikdə törətdiklərini etiraf edib. İTAR-TASS-a istinadən, bu barədə Boston Qlob qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər dərc edib. 19 yaşlı Tsarnayev bu etirafı ona rəsmi ittiham təqdim edilməzdən əvvəl edib. O, qardaşı ilə birlikdə aprelin 19-da polis əməkdaşını qətlə yetirdiklərini də bildirib….

Borcu qaytarmayan rejissor məhkəmə zalında qandallandı

Bu gün Xətai Məhkəməsində rejissor Aqil M. Quliyevə qarşı olan şikayət əsasında məhkəmə prosesi başa çatıb və hökm oxunub. Hökmə əsasən, Aqil M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aqil M. Quliyev məhkəmə zalında həbs olunub. Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı vətəndaş…

İğdırda Ermənistanla sərhəddə mitinq: Qarabağı azad edəcəyik!

Həpimiz Mehmetcigiz! Həpimiz Qarabağlıyız! Bu şüarlar altında Ermənilərin bəlli iddialarına qarşı son dərəcə həssas olan yaşıl İğdırda – əhalisinin əksəriyyətini əslən Azərbaycan Türkləri olan bu vilayətin Ermənistanla həmsərhəd Alican köyündə mitinq keçirilib. Bu münasibətlə Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) heyətləri burada olublar. Mitinqin təşkilatçıları BDM,…

Polşa-Azərbaycan Dostluq abidəsi açılacaq

Aprelin 23-də Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar “Dostluq” abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti…

İraq Türkmən Məclisi bu gün 2 illik aradan sonra toplanır

Iraq Türkmən Məclisi, Başqan və üzvləri, Türkmən millət vəkilləri, siyasi partiya təmsilçiləri, qeyri-hökumət təşkilatları və Türkmən şəxsiyyətlərinin bir araya gəlməsi ilə iki il aradan sonra toplanacaq. 13 aprel 2013-cü il tarixdə yer alan bu toplantıda Türkmən Məclisi yeniden formalaşdırılacaq. Türkmən xəbər qaynaqlarına görə, Vəfa Hərəkatı və Iraq Türkmən İslam…

Səfir Morninqstar Azad Fikir Universiteti Nümayəndələri Qarşısında Çıxış Edir

  Dünən hökumət nümayənədələrinin Azad Fikir Universitetinin ofisinin möhürlənməsi barədə xəbərin ardınca, ABŞ-ın Azərbaycandakı Səfiri Riçard Morninqstar əvvəldən nəzərdə tutulan çıxışını etmək üçün AFU-nun bir qrup nümayəndəsi ilə görüşmüşdür. Səfir Azad Fikir Universitetinin həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, “Burada olmaqdan şərəf duyuram,” deyə bildirmişdir. O, qeyd etmişdir…

Şəmkirdə quldur qardaşların maskası cırılıb

Şəmkir sakinləri Zaur və Dəmir Bayramov qardaşları, eləcə də onların yaxın qohumu Elməddin Məmmədov maskalı şəkildə soyuq silah götürərək qonşuları Qəzənfər Tozan oğlu Qasımov və onun həyat yoldaşı Validə Həsən qızı Həsənovanın yaşadığı evə basqın edib, həmin şəxsləri hədələyərək mənzildən 6 min manat pul və 800 manat dəyərində qızıl-zinət əşyalarını…

Əhməd Davudoğlu Qarabağ məsələsində “konkret addımlar” gözləyir

Xarici işlər naziri Əhməd Davudoğlu aprelin 7-də İstanbulda ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin münaqişəsi, Suriya, Kipr, Güney Qafqazdakı durum ətrafında müzakirələr aparılıb və Dağlıq Qarabağ probleminə toxunub. Əhməd Davudoğlu deyib: “Türkiyə-Ermənistan münasibətləri məsələyə kompleks yanaşma tələb edir. Minsk prosesinə təkan, impuls verilməlidir. Azərbaycan…

Suriyada öldürülən 30 azərbaycanlı kimdir?

Azərbaycan XİN Suriyada 30-dək azərbaycanlının öldürülməsi xəbərinə münasibət bildirərək bəyan edib ki, Suriyada öldürülən, azərbaycanlı olduğu iddia edilən şəxslərin vətəndaşlığını aydınlaşdırmaq üçün səy göstəriləcək. Bu açıqlamanı APA-ya XİN mətbuat katibi Elman Abdullayev verib. Bəlli olduğu kimi, mücahid türklərə məxsus saytda bu günə kimi Suriyada 30-dək azərbaycanlı döyüşçünün öldürüldüyü barədə…

Universitet müəlliməsinə zorakılıq edənlərin yaxası ələ keçdi

Baş Prokurorluq və DİN Moskva Dövlət Universiteti Bakı filialının müəlliməsinin zorlanması barədə mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirilər ki, bəzi kütləvi informasiya vasitələrində müəllimənin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib: “Həmin informasiyalar tərəfimizdən təkzib olunur. Bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində…

Şirvanda silahlı insident: 1 ölü, 3 yaralı

Hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Qonşular arasında silahlı insidentdə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb (APA). …

Tikinti şirkətinin rəhbər şəxslərinin məhkəməsi başladı

Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badu-Kübə” Mənzil-Tikinti Kooperativinin təsisçisi Zaur Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb. İttihama görə, Nəsib Əliyev 2006-2010-cu illərdə kürəkəni Zaur Cabbarov və “Texnikabank” ASC Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə qabaqcadan əlbir olub cinayət…

Texnikabankla bağlı qalmaqallı məhkəmə başladı

Texnikabank İH sabiq sədri Samir Hüseynov, Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, İH sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müadiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli, bankın…

Fəzail Ağamalı: Facebook məhdudlaşdırılsın…

Hökumətyönlü Vətən Partiyasının lideri və parlamentin üzvü Fəzail Ağamalı Azərbaycanda Facebook və digər sosial şəbəkələrdə məhdudiyyətlər tətbiq edilməsi təklifi ilə çıxış edib Bu şəbəkələr Azərbaycanın dövlətçiliyi üçün təhlükə yaradır, – deyə o, Turan-a müsahibəsində bildirib. Bu zaman o qeyd edib ki, facebook-un tamamilə bağlanmasının deyil, onun məhdudlaşdırılmasının tərəfdarıdır. Xüsusən, məhdudiyyətlər…

«Rosobroneksport»: Azərbaycana S-300 kompleksi satışına yasaq yox…

«Rosobroneksport» bəyan edib ki, S-300 kompleksinin Azərbaycana satışına qadağa qoyulması barədə məlumatlar əsassızdır və Azərbaycanı MDB məkanında ən mühüm müştərilərimizdən biri kimi görürlər. Vurğulanıb ki, Rusiya və Azərbaycan arasında silah və hərbi texnika alqı-satqısına dair müqavilələr üzrə çatdırılmalar gecikmə olmadan yerinə yetirilir (APA). Məlumatda «Rosoboroneksport»un Azərbaycanı MDB məkanında özünün ən…

Son ayda SQ Yardım Fonduna 1,4 mln. manat vəsait daxil olub

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 473 737 manat (1 877 850 ABŞ dolları) artıb. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Martın 1-i tarixinə Fondun manat hesabına toplanmış vəsait 37 879 112 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 205 791 dollar, avro…

Reperə 10 sutka həbs: polisə “ilişən” klipininə görə?

Yol polisinə mahnısı ilə “ilişən” reper həbs edilib… Dado ləqəbi ilə məşğul olan Səid Əliyev polisə tabe olmamaq ittihamı ilə 10 günlük həbs cəzasına layiq görülüb. Reperin qardaşı Əlinin Turan-a verdiyi məlumata görə, fevralın 27-də o, hansısa YNH ilə əlaqədar avtomobilinin ekspertizasının keçirilməsi üçün Nəsimi rayon yol polisi idarəsinə…

Yolların keyfiyyətinə görə dünyada 67-ci yerdəyik

Ölkəmiz yolların keyfiyyətinə görə dünya reytinqində 67-ci yeri tutur. Bu barədə Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilir (APA). Müqayisə üçün: Güney Qafqaz ölkələri arasında ən yaxşı yollar Gürcüstan (56-cı yer), ən pis yollar isə Ermənistandadır (80-ci yer). Ümumilikdə isə dünyada ən yaxşı yollar Fransa, BƏƏ, Sinqapur, Portuqaliya və…

Şəxsi mühafizəni gücləndirək, Konstitusiyaya dəyişikliyinə razılıq ver

Bu gün Bakiya rəsmi səfərə gələn Mixail Saakaşvili öz ölkəsində Xüsusi Dövlət Mühafizə Xidmətindən tam imtina edib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə bu Tbilisidə keçirilən brifinqdə prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib. Onun sözlərinə görə, hökumət prezidentə onun şəxsi mühafizəsini gücləndirməyi təklif edib, bunu…

Minlərlə “traktorçu” Təbriz küçələrində bayram edib

Təbrizin “Traktor” futbol komandasının Asiya Çempionlar Liqasında “Əl-Cəzirə” (BƏƏ) komandasını 3:1 hesabı ilə məğlub etməsi əhali tərəfindən böyük coşqu ilə qeyd edilib. Təbrizli soydaşlarmızdan APA-ya daxil olan məlumata görə, oyun yerli vaxtla saat 17:00-da Təbrizin “Səhənd” stadionunda keçirilib. 72 min nəfərlik stadionda 100 mindən çox fanatın yer aldığı…

100 min səs toplandı

Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya üçün səsvermə başa çatıb. Trend xəbər verir ki, fevralın 19-u saat 11:20-ə olan məlumata görə, petisiya üçün lazım olan 100 min səs toplanıb. Qeyd edək ki, yanvarın…

Separatçıların stendi sərgidən yığışdırılıb

İtaliyanın Milan şəhərində hər il keçirilən “Milano Tourism Expo” adlı sərgidə separatçı Dağlıq Qarabağ rejiminin stendi yığışdırılıb. Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, separatçılar öz saxta rejimlərini sərgidə ayrıca stenddə təqdim etməyə cəhd göstəriblər, lakin Azərbaycanın İtaliyadakı səfirliyinin səyi ilə stend yığışdırılıb.

Gəl gedək Qazağa bir salam verək…

  Bu barədə Teleqraf.az-a Qazax sakinlərindən biri məlumat verib.  Onun sözlərinə görə, büstlərin götürlməsinin səbəbi məlum deyil və bu barədə heç kəsə açıqlama verilmir: “Mütəfəkkirlər bağında Qazaxda anadan olmuş görkəmli şəxsiyyətlərin demək olar ki, hamısının büstü var idi.  Qazağa gələn qonaqları birinci növbədə bu…

Ya siyasi cəriməni ödə, ya da…

Məhkəmənin təyin etdiyi cəriməni ödəməyən siyasi fəalın kompüter və telefonu müsadirə olunub. Azad Gənclik Təşkilatının rəhbəri Ülvi Həsənli məhkəmə icraçıları tərəfindən saxlanılıb. Ü. Həsənlinin APA-ya verdiyi məlumata görə, o ƏN Məhkəmə İcraçıları Baş İdarəsi Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həsənli bildirib ki, bu gün səhər saatlarında adıçəkilən quruma…

Ermənistan Bakı-Kars dəmiryoluna buraxıla bilməz

Gürcüstanın Azərbaycan səfiri Teymuraz Şaraşenidze də təsdiq edir ki, Bakı-Tbilisi-Kars dəmiryol layihəsinin büdcəsi tam təsdiq olunub və tərəflər bu ilin sonunda dəmiryolu xəttinə ilk qatarın buraxılması haqda razılığa gəliblər. Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ermənistan nəqliyyat nazirinin müavini Artaşes Avetisyanın “gələcəkdə mümkün olarsa, Ermənistan da bu yoldan…