Версия для печати изменить цвет подачи. Сделать шрифт жирным. Альтернативный просмотр. Увеличьте шрифт. Уменьшите шрифт.

“Əsgəroğlu-K” MMC işi: “işbazlar” pulları qaytarmırlar

Tarix:19:27 07/03/2013

“Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə davam edir. Onlar CM 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinirlər. Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov Xalq artisti Aygün Kazımovanın qardaşıdır. Kazımov və Yaqub Niyazov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunurlar.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin çıxışı zamanı məlum oldu ki, cinayət işi üzrə 52 zərərçəkmişdən 44 nəfərinin ziyanı ödənilib. Təqsirləndirilən şəxslər bildirdilər ki, cinayət işində olan 8 nəfəri tapmaq mümkün deyil. Ona görə də həmin şəxslərin evlə təmin edilməsi mümkün olmur.
Bundan əlavə bəzi zərərçəkmişlərin də evlərinin verilməsi təmin edilmir. Belə iddia edilir ki, onların tikinti şirkəti ilə problemləri var. Hər dəfə məhkəmə iclasında iştirak edən zərərçəkmişlərdən biri qeyd etdi ki, mülki qaydada məhkəmə keçirilib və onun adına olan ev başqasına verilib. Həmin zərərçəkmişin sözlərinə görə məhkəmənin qərarına qeyd edilir ki, ev bundan əvvəlki payçıya verilib. Zərərçəkmiş onu da əlavə etdi ki, özü həmin evdə ikinci payçıdır. Daha sonra prosesdə çıxış edən zərərçəkmiş Eldar Mütəllibov bildirdi ki, həyat yoldaşı Əminənin adına ev alıb və 10800 manat ödəyib. Onun sözlərinə görə, pulunu geri ala bilmir. Zərərçəkmiş şəxs qeyd etdi ki, şirkət tərəfindən təqdim olunan evi istəmir və pulunu geri istəyir. Onun sözlərinə görə, buna səbəb şirkət tərəfindən qanunsuzluqla üzləşməsi nəticəsində xəstəliyə tutulub: “Mən əməliyyat olunacam. Buna görə də pula ehtiyacım var. Mənim pulumu ödəsinlər”.
Daha sonra prosesdə çıxış edən Rəhilə adlı zərərçəkmiş bildirdi ki, ev almaq üçün 3200 manat ödəyib. O, həmin pulun qaytarılmadığını bildirdi. Zərərçəkmişlər pullarını Kazım Kazımovdan və Etibar Əkbərovdan tələb etdiklərini bildirdilər. Qeyd etdilər ki, bu iki şəxs onların pulunu vermir.Daha sonra prosesdə əlavə şahidlərin dindirilməsi barədə qərar elan edildi. Məhkəmə iclası martın 15-də davam etdiriləcək.

“Əsgəroğlu-K” MMC işi: “işbazlar” pulları qaytarmırlar
оценок - 0, баллов - 0.00 из 5

Kommentlərin rss lenti.

Çox təəsüf ki kommentləşdirmə artığ bağlıdır.