Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bağırzadənin apellyasiya şikayəti təmin olunmayıb
Bağırzadənin apellyasiya şikayəti təmin olunmayıb
O, saxtakarlıq və dələduzluqda ittiham olunur
Şənbə, 28.01.2012

S.Abbas mətn ölçüsü  

Yanvaraın 27-də Naxçıvan Muxtar Respublika Ali Məhkəməsinin Cinayət Kollegiyasında hakim Vera Kuimovanın sədrliyi ilə həbsdə olan AXCP fəalı Zeynalabdin Bağırzadənin yanvarın 19-da Naxçıvan şəhər Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Naxçıvan şəhər Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Bu barədə AYNAya RATİ Naxçıvan müxbiri, eyni zamanda hüquq müdafiəçisi Elman Abbasov bildirib.

Qeyd edək ki, yanvarın 19-da Naxçıvan şəhər Məhkəməsində bu məhkəmənin sədri, hakim Hüseyn Məmmədovun sədrliyi ilə həbsdə olan cəbhəçi Zeynalabdin Bağırzadənin vəkili Əsabəli Mustafayevin cəbhəçinin səhhətindəki problemləri nəzərə alaraq haqqında seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı qaldırdığı vəsatət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə vəsatətin təmin olunmamağı haqda qərar çıxarıb və bu səbəbdən Naxçıvan şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Yanvarın 16-da Naxçıvana iki günlük səfər edən vəkil Əsabəli Mustafayev Muxtar Respublika Prokurorluğunda olaraq Zeynalabdin Bağırzadənin haqqında açılmış cinayət işinin materialları ilə tanış olub, cəbhəçinin növbəti dindirilməsində iştirak edib və istintaq təcridxanasında onunla görüşərək saxlanma şəraiti ilə tanış olub. Vəkil Zeynalabdin Bağırzadənin səhhətində ciddi problemlərin olduğunu bildirib.

Xatırladaq ki, dekabrın 26-da Naxçıvan şəhər Məhkəməsində hakim Mehman Dünyamaliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində AXCP fəalı Zeynalabdin Bağırzadə haqqında AR CM-in 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə prosesi Naxçıvan Muxtar Respublikası baş prokurorunun təqdimatı əsasında keçirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Blogerlər azad edilmədi

Arabulun məhkəməsi davam edir

Bölmənin digər xəbərləri
 
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Bu idarə QHT-lərlə əməkdaşlıq edəcək

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var
İndiyə qədərsə qurum yalnız 9 şikayətlə bağlı qərar çıxarıb

Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib
Onun apellyasiya şikayətləri təmin edilməyib

"Ayı işi" ilə bağlı Məhkəmə Hüquq Şurasına şikayət verilib
Söhbət Anar Məmmədovun verdiyi şikayəti qismən təmin edən hakim Elçin Qurbanovdan gedir

İctimai nəqliyyatda nağdsız ödənişə keçirik
Bütün nəqliyyat növlətində terminallar qoyulacaq

"Xanlar Vəliyevin məruzəsində yanlış məlumatlar yer alıb"
"Doktrina" əsgər ölümlərinin artdığını deyir

Qırmızı Xaç azərbaycanlı hərbi əsirə baş çəkib


Müdafiə nazirinin 62 yaşı tamam olub


Ermənistan müqaviləli heyətin sayını artırır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər