Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
İctimai nəqliyyatda nağdsız ödənişə keçirik
İctimai nəqliyyatda nağdsız ödənişə keçirik
Bütün nəqliyyat növlətində terminallar qoyulacaq
Şənbə, 28.01.2012

mətn ölçüsü  

Azərbaycandakı bütün ictimai nəqliyyat növlərində bank kartları, həm də universal kartlar kimi məlumatları oxuya bilən, nəqliyyatda gedişhaqqının ödənişi üçün nəzərdə tutulan POS-terminalların quraşdırılması planlaşdırılır. Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyindən bildirilib (Trend).

"Hazırda ictimai nəqliyyatın bütün növlərində həm bank kartları ilə, həm də nəqliyyatda gedişhaqqının ödənilməsi üçün nəzərdə tutulan kartlarla ödəniş üçün uyğunlaşdırılmış (universal) terminalların tətbiqi məsələsi baxılma və prinsipial qərarın həll edilmə mərhələsindədir", - mənbə deyib.

Bir müddət əvvəl NN Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun dediyi kimi, bu ildən etibarən NN Bakının ictimai nəqliyyatında vahid gedişhaqqı ödənişi sisteminin tətbiqi üzrə işlərə başlaya bilər. Yeni sistem nəqliyyatın bütün növlərində gedişhaqqının ödənişi üçün vahid kartların istifadəsini və bununla bağlı xüsusi avadanlığın quraşdırılmasını nəzərdə tutur.

Nəqliyyatda vahid ödəniş sisteminə keçid prosesinin birinci mərhələsi - ötən ilin dekabrında işə salınan nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqinin tərkib hissəsidir. İntellektual sistemin birinci mərhələsi Bakını, ikinci mərhələsi Abşeron yarımadasını, üçüncüsü isə Azərbaycanın bütün magistral yollarını əhatə edir.

"Ödəniş kartları üçün bank terminallarının tətbiqi çətin deyil. Lakin hazırda gündəlikdə universal terminalların tətbiqi məsələsi durur. Bununla əlaqədar dövlət orqanları tərəfindən yekun qərarın qəbul ediləcəyi gözlənilir", - mənbə deyib.

Onun sözlərinə görə, universal terminalların tətbiqi ilə bağlı qərar qəbul edilərsə, bankın seçimi tender əsasında həyata keçiriləcək.

Çərşənbə günü Vergilər Nazirliyinin rəsmi mətbu orqanında yerləşdirilən məlumata görə, nəqliyyatı intellektual idarəetmə sisteminin tam şəkildə işə salınmasından sonra ictimai nəqliyyatda vahid ödəniş sisteminə keçid məsələsinə baxılacaq.

Xüsusi kartlar vasitəsilə ödənişi avtobuslarda, takisdə, metroda və hətta elektrik qatarlarında həyata keçirmək mümkün olacaq. Karta xüsusi terminallardan istifadə etməklə vəsait köçürüləcək. Yüklənmə üçün belə terminallar əsas nəqliyyat obyektlərində - metro stansiyalarında, avtovağzalda, dəmiryol vağzalında və aeroportda yerləşdiriləcək.

İctimai nəqliyyatda plastik kartlardan istifadənin bir çox üstünlükləri var. Bu, sərnişinlər üçün ödəniş prosesini asanlaşdıracaq, sürücülərə gedişhaqqının əlaqəli toplanmasından qaçmalarına imkan verəcək, eləcə də sürücülərlə sərnişinlər arasında münasibətlərin sağlamlaşdırılmasına kömək edəcək.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Həbsxanalarla bağlı hökumətin işləri - yarıtmaz

Rayonlara mətbəxi olan avtobuslar işləyəcək

Şəxsiyyət vəsiqəsi ilə Avropaya gedə biləcəyik

Şəbəkə üç aya tam işlək vəziyyətdə olacaq

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək

Bölmənin digər xəbərləri
 
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Bu idarə QHT-lərlə əməkdaşlıq edəcək

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var
İndiyə qədərsə qurum yalnız 9 şikayətlə bağlı qərar çıxarıb

Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib
Onun apellyasiya şikayətləri təmin edilməyib

"Ayı işi" ilə bağlı Məhkəmə Hüquq Şurasına şikayət verilib
Söhbət Anar Məmmədovun verdiyi şikayəti qismən təmin edən hakim Elçin Qurbanovdan gedir

Bağırzadənin apellyasiya şikayəti təmin olunmayıb
O, saxtakarlıq və dələduzluqda ittiham olunur

"Xanlar Vəliyevin məruzəsində yanlış məlumatlar yer alıb"
"Doktrina" əsgər ölümlərinin artdığını deyir

Qırmızı Xaç azərbaycanlı hərbi əsirə baş çəkib


Müdafiə nazirinin 62 yaşı tamam olub


Ermənistan müqaviləli heyətin sayını artırır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər