Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib
Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib
Onun apellyasiya şikayətləri təmin edilməyib
Şənbə, 28.01.2012

mətn ölçüsü  

Dünən Bakı Apellyasiya Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti 2 proses keçirilib. Əvəz Zeynallının vəkili Mənsum Bayramov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə baş redaktorun istintaq müddətinin uzadılmasından verilən şikayətə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətə baxılıb.

Mənsum Bayramov qeyd edib ki, Əvəz Zeynallı əvvəllər onunla bağlı bir neçə işə baxan hakim Mirpaşa Hüseynovla bağlı etiraz vəsatəti verib, lakin vəsatət təmin edilməyib. Vəkil əlavə edib ki, o, prosesdə Əvəz Zeynallının ictimai təhlükə doğurmadığını və bu səbəbdən də onunla bağlı həbs qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac olmadığını bildirsə də, hər iki hakim 1-ci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 17-də isə Nəsimi rayon məhkəməsində baş redaktor barəsində çıxarılmış həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb. Baş redaktorun vəkilləri isə həbs qətimkan tədbirinin uzadılmasından, həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətin təmin olunmamasından apellyasiya şikayəti vermişdi ("Turan").



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

Blogerlər azad edilmədi

Arabulun məhkəməsi davam edir

Bölmənin digər xəbərləri
 
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Bu idarə QHT-lərlə əməkdaşlıq edəcək

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var
İndiyə qədərsə qurum yalnız 9 şikayətlə bağlı qərar çıxarıb

"Ayı işi" ilə bağlı Məhkəmə Hüquq Şurasına şikayət verilib
Söhbət Anar Məmmədovun verdiyi şikayəti qismən təmin edən hakim Elçin Qurbanovdan gedir

İctimai nəqliyyatda nağdsız ödənişə keçirik
Bütün nəqliyyat növlətində terminallar qoyulacaq

Bağırzadənin apellyasiya şikayəti təmin olunmayıb
O, saxtakarlıq və dələduzluqda ittiham olunur

"Xanlar Vəliyevin məruzəsində yanlış məlumatlar yer alıb"
"Doktrina" əsgər ölümlərinin artdığını deyir

Qırmızı Xaç azərbaycanlı hərbi əsirə baş çəkib


Müdafiə nazirinin 62 yaşı tamam olub


Ermənistan müqaviləli heyətin sayını artırır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər