Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Bu idarə QHT-lərlə əməkdaşlıq edəcək
Şənbə, 28.01.2012

İ.Abbasov mətn ölçüsü  

Rüşvət aldığına görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb. Baş Prokurorluqda bu DYP əməkdaşları barəsində CM 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev dünən keçirdiyi mətbuat konfransında bildirib (APA).

Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdi.

Kamran Əliyev bildirib ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib. Həmin işlərdən birinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib və hökm çıxarılıb, 3-ü isə hazırda icraatdadır. Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib.

Açıqlanan rəqəmlərə görə, ötən il hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 30 məlumat daxil olub. Kamran Əliyevin sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub. Bu məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət qurumlarının adlarını da açıqlayıb. Kamran Əliyev bildirir ki, "Qaynar xətt" əlaqə mərkəzinə bütün dövlət qurumları ilə bağlı müraciətlər daxil olur. Bunlar vətəndaşların pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanları ilə bağlıdır:

"Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçiləri də olub".

Korrupsiya ilə mübarizə məcrasında diqqəti çəkən başqa bir xəbərdə isə bildirilir ki, ölkənin qeyri-hökumət təşkilatları ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma QHT-lər adından Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev imza atıb.

Memorandumda 10 istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulub. QHT-lər və korrupsiyaya qarşı mübarizə idarəsi birgə təbliğat aparacaq, televiziya verilişlərinin hazırlanması, müxtəlif nəşrlərin çap olunması və sair sahələrdə birgə əməkdaşlıq edəcəklər.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ADNA-nın qarşısına saxta pullar səpələndi

Bələdiyyələrdə daha 21 korrupsiya faktı

Balaxanı bələdiyyəsinin keçmiş sədri mühakimə olunur

Korrupsiyaya qarşı "səfərbərlik"?

Dəmiryol sistemində korrupsiyaya "yox" deyildi

Bölmənin digər xəbərləri
 
Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var
İndiyə qədərsə qurum yalnız 9 şikayətlə bağlı qərar çıxarıb

Əvəz Zeynallı ilə bağlı 2 proses keçirilib
Onun apellyasiya şikayətləri təmin edilməyib

"Ayı işi" ilə bağlı Məhkəmə Hüquq Şurasına şikayət verilib
Söhbət Anar Məmmədovun verdiyi şikayəti qismən təmin edən hakim Elçin Qurbanovdan gedir

İctimai nəqliyyatda nağdsız ödənişə keçirik
Bütün nəqliyyat növlətində terminallar qoyulacaq

Bağırzadənin apellyasiya şikayəti təmin olunmayıb
O, saxtakarlıq və dələduzluqda ittiham olunur

"Xanlar Vəliyevin məruzəsində yanlış məlumatlar yer alıb"
"Doktrina" əsgər ölümlərinin artdığını deyir

Qırmızı Xaç azərbaycanlı hərbi əsirə baş çəkib


Müdafiə nazirinin 62 yaşı tamam olub


Ermənistan müqaviləli heyətin sayını artırır




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər