Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AŞPA həmməruzəçilərinin Bakı səfərinin proqramı açıqlandı
Dünən isə Strasburqda Xocalı soyqırımı ilə bağlı sənəd yayılıb
Şənbə, 28.01.2012

X.İbadov mətn ölçüsü  

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntun ölkəmizə səfərinin proqramı açıqlanıb. APA-nın AŞPA mətbuat xidmətinin məlumatına istinadən yaydığı xəbərə görə, həmməruzəçilər yanvarın 31-dən fevralın 2-dək davam edəcək səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, siyasi partiyaların təmsilçiləri, QHT və media nümayəndələri ilə görüşəcək.

Qubaya səfər edəcək həmməruzəçilərin yerli QHT-lərlə görüşləri planlaşdırılır. Jozef Debono Qrex və Pedro Aqramunt səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.

Yeri gəlmişkən onu da qeyd edək ki, AŞPA-da Xocalı Soyqırımının 20 illiyi ilə bağlı bəyanat qəbul olunub Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar. Avropalı millət vəkillərinin imzaladığı sənəd AŞPA-nın bəyanatı kimi qəbul olunub və Assambleyanın iclasında qurumun sədri Jan-Klod Minyon tərəfindən elan olunub və millət vəkilləri arasında yayılıb.

AŞPA-nın bəyanatında deyilir ki, Xocalı Soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. Bu amansız və qəddar soyqırım bəşəriyyət tarixində törədilmiş ən qeyri insani və kütləvi xarakterli terror aktlarından biridir. Bəyanatda deyilir: "Bu il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Rusiyaya (Sovet İttifaqına) məxsus 366-cı moto-atıcı piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsinin və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının 20 ili tamam olunur. Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilmiş, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur.

AŞPA-da qəbul edilən bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Xocalı şəhərini tamamilə yerlə-yeksan ediblər. Yazılı bəyanatda Avropa Şurası və digər beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi və siyasi qiymət verilməyə cağırılır. Sənəddə deyilir: Bütün bunları nəzərə alaraq biz (bu sənədi imzalayan millət vəkilləri) beynəlxalq ictimaiyyəti, o cümlədən AŞPA-nı bu qeyri-insanı, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əleyhinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməyə çağırırıq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Spiker hüquq müdafiəçiləri və QHT-ləri qorxuya saldı

Bölmənin digər xəbərləri
 
"Ərəb baharı" oyununda Qafqaz da yer tutur
Politoloqlar xəbərdarlıq edir: öz problemlərimizi özümüz birlikdə həll etməliyik, yoxsa kənardan digərləri müdaxilə edə bilər

Ermənistan: Parlament yenidən oliqarxların nəzarətinə keçəcək
Deməli, hökuməti də onlar təşkil edəcək

Qarabağa ədalət vəd edən "şər üçbucağı"
Bu üçbucağın səmimiyyətinə inanaqmı?

Prezident İlham Əliyevin Davosda bir sıra görüşlər keçirib
Görüşlərdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edilib

Fransaya növbəti etiraz aksyası keçirildi
Paris qəbul olunmuş tarixi səhvini düzəltməyə çağırılır

Klinton erməniləri əsəbiləşdirib
Ona görə ki, ABŞ dövlət katibi "erməni soyqırımı"nı kriminallaşdırmağı alqışlamır

AŞPA "Qarabağ üzrə alt Komitə" barədə qərar verə bilməyib
İstəyirlər ki, "bir az düşünmək üçün bir qədər də vaxt qazansınlar"

ATƏT rəsmisi Qarabağ icması ilə görüşüb
Mörfi icmaların yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırıb

Qəbələ RLS - qorxunc simvoldur
Ekspertlər stansiya ilə bağlı danışıqların dayandırılmasını istəyirlər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər