çap et  
ATƏT rəsmisi Qarabağ icması ilə görüşüb
ATƏT rəsmisi Qarabağ icması ilə görüşüb
Mörfi icmaların yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırıb
Şənbə, 28.01.2012

X.İbadov

ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Preydrek Mörfi Azərbaycana səfəri çərçivəsində "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri ilə görüşüb. Birliyin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin törətdiyi vəziyyət, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların doğma yurd-yuvalarından qovulması, problemin bölgənin inkişafına mənfi təsiri ilə bağlı Preydrek Mörfiyə məlumat verilib. Mörfinin diqqətinə çatdırılıb ki, münaqişə bölgəsinin azərbaycanlı icması münaqişənin sülh yollu ilə həllinin tərəfdarıdır və tezliklə öz yurdlarına qayıtmaq istəyindədirlər (APA). Mörfi isə münaqişənin həllində təmsil etdiyi qurum göstərdiyi səylər, o cümlədən qarşıya çıxan problemlərə dair fikirlərini söyləyib və icmaların yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, hər iki tərəf münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün sona qədər səylərini əsirgəməyəcəklər.