Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AŞPA "Qarabağ üzrə alt Komitə" barədə qərar verə bilməyib
AŞPA "Qarabağ üzrə alt Komitə" barədə qərar verə bilməyib
İstəyirlər ki, \"bir az düşünmək üçün bir qədər də vaxt qazansınlar\"
Şənbə, 28.01.2012

Xaqani mətn ölçüsü  

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyəti ilə çox yaxşı münasibətimiz var. Onlarla mütəmadi ünsiyyətimiz olur və hesab edirəm ki, insan hüquqları və demokratik islahatların aparılması sahəsində Azərbaycan rəsmləri ilə yaxşı əməkdaşlığımız olacaq. Buna çox böyük ümidim var". Bunu AŞPA sədri Jan-Klod Minyon deyib (APA). "Azərbaycan rəsmiləri insan haqları ilə bağlı Avropa normalarına maraq göstərdiklərini daima nümayiş etdiriblər. Hesab edirəm ki, biz bu və ya digər məsələlərdə ümumi razılıqlara gələ biləcəyik", - deyə Minyon bildirib. AŞPA Bürosunda Azərbaycanla bağlı müzakirələri dəyərləndirən Jan-Klod Minyon Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair müzakirələrin aparıldığını söyləyib: "Biz AŞPA Bürosunun bugünkü toplantısında Dağlıq Qarabağ üzrə Alt Komitənin sonrakı fəaliyyəti haqda müzakirələr apardıq və onun işinin davam etdirilib- etdirilməməsinə dair hansısa bir qərarın verilməməsi qənaətinə gəldik. İstəyirik ki, bu məsələ ilə əlaqədar nə edə biləcəyimiz barədə düşünmək üçün bir qədər də vaxt qazanaq. Bu müddət ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də nəzər yetirəcəyik. Mənim Minsk Qrupuna həmsədr ölkələrin rəsmləri ilə şəxsi əlaqələrim də var və ilk növbədə onlarla hansı formada əməkdaşlıq edə biləcəyimizi müəyyənləşdirmək üçün bir az da vaxt qazanmağa ehtiyacımız olduğu qərarına gəldik." AŞPA sədri Azərbaycana səfərinin mümkün olduğunu deyib: "Təbii ki, quruma məndən öncə sədrlik etmiş şəxs kimi bu qədər çox səfərlər etməyəcəyəm. Çünki cənab Çavuşoğlu AŞPA prezidenti qismində artıq bir çox ölkələrə səfər edib. Bu gün isə Büroda təklif etdim ki, səfərlər və onların məqsədləri ilə bağlı təqvim hazırlansın. Bu, həm mənim şəxsi səfərlərim, həmçinin nümayəndə heyətlərimizin etdiyi səfərlərə aid olacaq".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AŞ son seçkilərə münasibətini, nəhayət, açıqladı

AŞ - AB münasibətləri müzakirə mövzusudur

AŞ PA-nın komitə iclası keçirilib

Azərbaycan AŞPA-da yenə tənqidə məruz qaldı

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Bölmənin digər xəbərləri
 
"Ərəb baharı" oyununda Qafqaz da yer tutur
Politoloqlar xəbərdarlıq edir: öz problemlərimizi özümüz birlikdə həll etməliyik, yoxsa kənardan digərləri müdaxilə edə bilər

Ermənistan: Parlament yenidən oliqarxların nəzarətinə keçəcək
Deməli, hökuməti də onlar təşkil edəcək

Qarabağa ədalət vəd edən "şər üçbucağı"
Bu üçbucağın səmimiyyətinə inanaqmı?

Prezident İlham Əliyevin Davosda bir sıra görüşlər keçirib
Görüşlərdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edilib

Fransaya növbəti etiraz aksyası keçirildi
Paris qəbul olunmuş tarixi səhvini düzəltməyə çağırılır

Klinton erməniləri əsəbiləşdirib
Ona görə ki, ABŞ dövlət katibi "erməni soyqırımı"nı kriminallaşdırmağı alqışlamır

ATƏT rəsmisi Qarabağ icması ilə görüşüb
Mörfi icmaların yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırıb

Qəbələ RLS - qorxunc simvoldur
Ekspertlər stansiya ilə bağlı danışıqların dayandırılmasını istəyirlər

AŞPA həmməruzəçilərinin Bakı səfərinin proqramı açıqlandı
Dünən isə Strasburqda Xocalı soyqırımı ilə bağlı sənəd yayılıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər