![]() |
çap et |
|
|||
ABŞ-ın aparıcı erməni təşkilatı olan Amerika Erməni Milli Komitəsi Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Fransa parlamentinin qəbul etdiyi qanunla bağlı mövqeyini tənqid edib. APA-nın məlumatına görə, komitənin icraçı direktoru Aram Abramyan xanım Klintonu "ədalətli mövqe" tutmağa səsləyib.
Erməni icmasının digər fəalı Ara Xaçaturyan isə H. Klintonun prezidentliyə namizədliyi dövründə ermənilərə verdiyi "soyqırım"ı tanımaq vədini xatırladaraq onu indi konyuktur yanaşmalarla hərəkət etməkdə ittiham edib. Xatırladaq ki, xanım Klinton bildirib ki, ABŞ Fransa kimi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır. Belə ki, xanım Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə bunu deyib. "Birləşmiş Ştatların güclü tərəflərindən biri insanları düşüncələrinə görə cəzalandırmamasıdır. İnsanlar istədikləri sözü deyə bilərlər. ABŞ-da onlar belə də edir. Digər ölkələrdə başqa standart və qaydalar ola bilər. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq. Soyqırımı ilə bağlı məsələni siyasətçilər deyil, tarixçilər həll etməlidir. Dövlətin bu işlərə cəlb olunması çox təhlükəli praktikadır. Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Dəlilləri toplayıb, arqumentlərinizi əsaslandırın və diskussiyalara hazır olun". |