çap et  
Prezident İlham Əliyevin Davosda bir sıra görüşlər keçirib
Görüşlərdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edilib
Şənbə, 28.01.2012

S.Abbas

Davosda səfərdə olan prezident İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviç, Pakistan İslam Respublikasının baş naziri Sayed Yusuf Raza Gilani, Gürcüstanın baş naziri Nika Gilauri, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger, "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskör, Microsoft International şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Can Kurtua, "Holcim Group" şirkətinin İdarə Heyətinin sədri Markus Akerman, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman, Almaniyanın "Deutsche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab, Avropa İttifaqının enerci məsələləri üzrə komissarı Günter Ottinger və "UBS Global" şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşlər keçirib.

Görüşlərdə əməkdaşlığın perspektivləri, regional iqtisadı və enerci layihələri ətrafında fikri mübadiləsi aparılıb.

Prezident Əliyev "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsini bir daha müzakirə edib və bununla bağlı işlərin sürətləndirilməsi qərara alınıb.

Eyni zamanda, "Holcim Group" şirkətinin Azərbaycanda Qaradağ sement zavodunun tikintisində iştirakı qeyd edilib və digər yeni sement zavodunun bu il istifadəyə veriləcəyi bildirilib.ÿ

Qeyd edək ki, prezident İlham Əliyev İqtisadi Forumda iştirak etmək məqsədilə Davosda səfərdədir.