Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Düşünmədən İtaliyanı seçərdi
Düşünmədən İtaliyanı seçərdi
Lakin bir \"Amerika arzusu\" da var
Şənbə, 28.01.2012

Z.Rəhimqızı mətn ölçüsü  

Əməkdar artist Sevda Ələkbərzadə xarici səfərləri çox sevir. Yaradıcılığı ona bu imkanı yetərincə qazandırır. Fəqət onun vaxt məhdudiyyəti səfərin dadını çıxarmağa imkan vermir. Əksər ölkələri dəfələrlə dolaşan sənətçi deyir ki, yalnız İtaliya səfərini bu nöqteyi-nəzərdən dəyərləndirə bilib:

"İtaliyaya iki aylıq kursa getmişdim. Bu zaman mənə dərsdən sonra gəzib dolanmağa imkan verdi. Qeyd edim ki, İtaliya hər zaman arzuladığım və getmək istədiyim ölkə olub. Əgər bu qış ayında mənə səfər üçün ölkə seçmək şansı verilsəydi, düşünmədən İtaliyanı seçərdim. Nə yazıq ki, hazırda studiya həllini gözləyən mahnılarım buna mane olur".

Sənətçi qeyd edir ki, yaradıcılıq işləri ilə bağlı Avropa ölkələrində çox olub, lakin onun bir Amerika arzusu da var və okeanın o tayına yollanmağı, doyunca səyahət etməyi, bu böyük ölkəni yaxından tanımağı çox istəyir. Sevda Ələkbərzadə:

"Amerikaya getmək şansım çox olub. Amma konsertlərim buna imkan vermədi. Bacım Elmira uzun müddət Amerikada yaşayıb. Dəfələrlə məni yanına çağırırdı. Nə qədər çalışdımsa, işlərimi atıb gedə bilmədim".

Sevda xanımı səyahətlərində özünə ən çox cəlb edən muzeylər olur. İnsanların adətən şəxsi əşyalar almaq, qarderob təzələmək kimi üstünlük verdiyi səfərləri Sevda muzey ekskursiyası ilə davam etdirir. Onun sonuncu Moskva səfəri də bu şəkildə yadda qalıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident oktyabrda Ukraynaya gedəcək

Azərbaycan - NATO əlaqələrində canlanma

Sevda Məmmədli: "Sənətə daha çox vaxt ayırsaydım, ..."

Vokalçımızın İtaliya uğuru

Sevda Məmmədəliyeva: "Kitab - xalqın rəmzidir"

Bölmənin digər xəbərləri
 
Anar Mədətov: "Şou-biznesdəkilərə dedi-qodu dərmanı lazımdır"
Hər disk daşıyanı prodüser adlandırmaq olarmı?

Özbəkistana Nəsibə ilə danışmağa getdi
Nəsibə xanım musiqini bəyənsə, duet oxuyacaqlar

Uzaqda olsa da, ürəyi buradadır
Brilliant Dadaşova yeni işbirliyindən danışdı

Eldar Qasımov: "Biz bu qələbə üçün ürəyimizi qoymuşuq"
Sənətçi "birinci olmaq" təcrübəsindən danışdı

Yalnız öz gücünə tanınmaq...
Elvin Abbasov kiminsə kölgəsində qalmaq istəmir

İşin başa çatanda dostlara "əlvida" de
və evə yollan

İlhamə Qasımova Avropaya hazırlaşır
Marşrutda - Avstriya və Almaniya var

Röya İstanbuldan "əlidolu" dönüb
Bunlar tezliklə nəticəsini verəcək

Fransız retro mahnı o saat gözündən düşüb
Senatorlar Xuraman Şuşalının planını dəyişdilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər