Bakıda strateji tunelə bomba qoyulması barədə məlumat yayılıb. FHN "112" xidmətinə zəng edən naməlum şəxs paytaxtın Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən tunelə partlayıcı qurğu qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında FHN mütəxəssisləri və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində axtarış aparıblar. Nəticədə sözügedən ərazidə hər hansı partlayıcı qurğu aşkar edilməyib. Polis anonim zəngin edildiyi ünvanı müəyyənləşdirib.