"Bakı" "Arsenal"la da qarşılaşacaq
|
Şənbə, 28.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Antalya şəhərində təlim-məşq toplanışında olan "Bakı" klubunun daha bir rəqibinin adına aydınlıq gəlib. Paytaxtın eyniadlı təmsilçisi Ukraynanın "Arsenal" klubu ilə də qarşılaşacaq. Bu matç yanvarın 29-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayır.
Bakılılar qonşu ölkədə keçirdiyi əvvəlki 3 matçın hamısında məğlub olub. Antalyada ilk yoldaşlıq matçında Hollandiyanın "AZ Alkmaar" klubuna 1:5 hesabı ilə məğlub olan "Bakı" ardından Almaniyanın "İngolstadt 04" komandasına 0:4, Rumıniya təmsilçisi "Panduri"yə 0:1 hesabı ilə uduzmuşdu.
|
|
|
|
|
|
|