FİFA prezidenti Bakıya gələcək
|
Şənbə, 28.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
AFFA prezidenti Rövnəq Abdullayev ilə FİFA prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. Rövnəq Abdullayev Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işləri haqqında FİFA prezidentinə məlumat verib.
Yozef Blatterin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi önəm kəsb etdiyini deyən AFFA prezidenti Rövnəq Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət edib. AFFA prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirib.
|
|
|
|
|
|
|