Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Neftçi"nin rəqibləri bəlli oldu
"Neftçi"nin rəqibləri bəlli oldu
Flaqman uzun illərdən sonra yanvarın 29-da qədim rəqibi \"Metallist\"lə görüşür
Şənbə, 28.01.2012

İlham mətn ölçüsü  

Dünən Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirin püşkü atılıb. Son Azərbaycan çempionu "Neftçi"nin qatılacağı yarışın püşkatmasının nəticəsinə əsasən, 8 iştirakçı komanda 2 qrupa bölüşdürülüb. Böyükağa Hacıyevin baş məşqçisi olduğu komandamız Antalya şəhərində təşkil olunan bu yarışda Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə "B" qrupuna düşüb. "A" qrupunda isə təşkilatçı "Terek" komandası Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabası" və Latviyanın "Dauqava" klubları ilə bir qrupda yer alıb.

Hər qrupda birinci yeri tutan komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın indiki başçısı Ramzan Kadırov da izləyəcək.

Qeyd edək ki, turnir 28 yanvar - 3 fevral aralığında keçiriləcək. "Neftçi" yanvarın 29-da "Metallist", 30-da "Poloniya", fevralın 1-də "Paxtakor"la görüşəcək. Yeri gəlmişkən, "Neftçi" Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə düşdüyü "B" qrupundakı rəqibləri ilə avrokuboklarda görüşməyib. Maraqlıdır, Polşanın "Poloniya" və Ukraynanın "Metallist" klubları UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etsə də, ümumiyyətlə, komandalarımızla yolları kəsişməyib.

"Paxtakor" isə Asiyanın klub turnirlərində oynadığından, təbii olaraq "Neftçi"yə rəqib olmayıb. Ancaq məhz Daşkənd təmsilçisi Azərbaycan komandaları ilə 2 dəfə görüşməyə imkan tapıb. Bu, "Poloniya" ilə "Metallist"in iştirak etmədiyi "Birlik kuboku"nda olub. Özü də "Neftçi" və "Xəzər Lənkəran" Rusiyadakı ənənəvi turnirin qalibi olduğu vaxtlarda "Paxtakor"a qalib gəlib. Təbii ki, həm Özbəkistanın ən tanınmış komandası, həm də "Metallist" hələ SSRİ dövründə "Neftçi" ilə dəfələrlə görüşüb.

Turnirdə iştirakı sonradan müəyyənləşən Qazaxıstanın "Ordabası" klubunun baş məşqçisi isə bizlərə yaxşı tanışdır. Bu, 2005/06 mövsümünün 2-ci dövrəsində "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş Viktor Pasulkodur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Antalya yaxınlığında gəmi saya oturub

ARDNŞ-nin balansına əl gəzdirildi

Antalyaya uçuş bahalaşır

İlhamə Quliyeva əməliyyat olunacaq

Antalya incəsənət simpoziumu başlanır

Bölmənin digər xəbərləri
 
Lisenziya uğrunda mübarizə davam edir
Ümumdünya Həvəskar Boks Federasiyası Azərbaycan milli komandasının olimpiya perspektivlərinə də diqqət ayırıb

Çempionlar Liqasının qalibi Bakıda bilinəcək


"Turan"ı ölməyə qoymadılar
Son pillənin sahibi dünən doğma məkanda ilk məşqinə çıxıb

FİFA prezidenti Bakıya gələcək


"Böyük Dəbilqə"də kimlər olacaq?


"Bakı" "Arsenal"la da qarşılaşacaq




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər