Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Lisenziya uğrunda mübarizə davam edir
Lisenziya uğrunda mübarizə davam edir
Ümumdünya Həvəskar Boks Federasiyası Azərbaycan milli komandasının olimpiya perspektivlərinə də diqqət ayırıb
Şənbə, 28.01.2012

İlham Rəfiyev mətn ölçüsü  

Ümumdünya Həvəskar Boks Federasiyası (AİBA) 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı araşdırma yazısı dərc etdirib. Məqalədə ötən il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda boks üzrə dünya çempionatının nəticələri bir daha xatırlanıb və boks aləmində söz sahibi olan ölkələrin imkanları dəyərləndirilib. Yazıda Azərbaycan milli komandasının olimpiya perspektivlərinə də diqqət ayrılıb. Bu, başa düşüləndir. Çünki mundial hər mövsümün ən mötəbər yarışı hesab olunur. Həm də bu və ya digər komandanın olimpiya perspektivlərinə məhz dünya çempionatında əldə etdiyi nəticələrə əsasən qiymət verilir.

Məqalədə deyilir ki, AİBA 2012-ci il London Olimpiadasında fovorit qismində Ukrayna boksçularını görür. Razılaşmamaq çətindir. Çünki Bakıda təşkil olunan son dünya çempioatında Ukrayna boksçuları 4 qızıl və 1 gümüş medal qazanaraq Rusiya və Kuba kimi boks ənənəsi zəngin olan ölkələri geridə qoydular. Məqalənin Azərbaycana aid hissəsində deyilir:

"Çempionatda çəkisi 90 kiloqramadək olan idmançıların yarışı boks həvəskarları arasında xüsusi marağa səbəb oldu. Bu çəki dərəcəsində final görüşündə yerli idmansevərlərin sevimlisi, gənc Teymur Məmmədov ukraynalı Aleksandr Usikə məğlub oldu. Superağır çəkidə isə Məhəmmədrəsul Məcidov finalda britaniyalı Entoni Coşuaya qalib gələrək meydan sahiblərinə qələbə sevinci bəxş etdi.

Çempionatı gümüş medalla başa vuran 19 yaşlı Teymur Məmmədovun çıxışı qeyd edilməyə layiqdir. Dünya çempionatının yekunlarına əsasən, Azərbaycan London oyunlarına 4 lisenziya qazandı. Azərbaycan komandasında boksçuların orta yaş həddinin 20.4 il olduğunu nəzərə alsaq, deməli, bu ölkə daha yaxşı nəticələr əldə edə bilər".

REKLAM



Olimpiya oyunlarında uğur qazanmağa namizəd komandalardan biri kimi Bakıdakı dünya çempionatında ümumi komanda hesabında ikinci olan Kuba komandası göstərilir:

"Kuba millisi nəsildəyişmə dövrünü yaşasa da, bunun komandanın nəticəsinə təsir edəcəyini gözləmək sadəlövhlük olardı. Komandanın kapitanı Xulio Sezar de la Krusun (81 kq) və dünya birinciliyinin 20 yaşlı debütantı Lazaro Alveresin (56 kq) çıxışı buna parlaq misal ola bilər. Bu nəticələr Bakıda 5 olimpiya lisenziyası qazanan Kuba komandası üçün son hədd deyil".

AİBA bu qənaətdədir ki, ümumiyyətlə, London Yay Olimpiya Oyunlarında qaliblər arasına çıxmağa namizəd komandalar az deyil. Son dünya çempionatına böyük iddialarla gələn, lakin bir dənə də olsun qızıl medal qazana bilməyən Qazaxıstan komandasını da bu sıraya aid etmək olar.

Xatırladaq ki, Bakıda keçirilmiş dünya çempionatında 92 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ qazanmışdı. Dünya çempionatında iki medal (1 qızıl və 1 gümüş) qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutmuşdu. Bu çempionatda 2012-ci il Olimpiadasına 92 fərdi lisenziya oynanılırdı. Turnirə dünyanın 113 ölkəsindən 570 boksçu gəlmişdi.

Yeri gəlmişkən, yaxın zamanlarda lisenziya xarakterli daha bir turnir keçiriləcək. Türkiyənin Trabzon şəhərində təşkil olunacaq boks üzrə Olimpiya oyunlarına lisenziya xarakterli Avropa kvalifikasiya turnirinə 3 aydan da az vaxt qalsa da, AİBA bu günlərdə qardaş ölkədəki yarışda neçə lisenziya qazanılacağını açıqlayıb.

Trabzondakı turnirdə cəmi 26 boksçu London Olimpiadasına vəsiqənin sahibi olacaq. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu Olimpiadaya vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir. Belə ki, bu çəki dərəcəsində yalnız finalçılar Londona yollanmaq şansı əldə edəcəklər. 81 kq-da isə ilk 3 yerin sahibləri Olimpiadaya lisenziyaya yiyələnəcəklər. 49 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzun digərlərinə nisbətən işi daha asan olacaq. Bu çəkidə ilk 5 yeri tutan idmançılar Londona gedə biləcəklər. 56 və 60 kq çəki dərəcələrində 1-4-cü yeri tutan boksçular Olimpiadada iştirak edəcəklər.

Qeyd edək ki, bu günə qədər 5 boksçumuz London Olimpiyasına lisenziya qazanıb. Bunlar Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidovdur (91+kq). Yeri gəlmişkən, bu boksçular hazırda səfərdədirlər. Onlar milli komandanın heyətində yanvarın 16-da ABŞ-ın Mayami şəhərinə yola düşüblər. Hazırlıq fevralın 29-dək davam edəcək. Hazırlıq zamanı boksçularımız baş məşqçi Yevgeni Kotov və amerikalı peşəkar boks mütəxəssisləri ilə birgə fiziki hazırlığın gücləndirilməsi istiqamətində çalışacaqlar. Boksçularımız vətənə döndükdən sonra martın 5-də Bakıda "Böyük İpək Yolu" beynəlxalq turnirində iştirak edəcəklər. Digər heyət isə fevralın 7-dən 12-nə kimi Macarıstanın Debretsen şəhərində keçiriləcək İstvan Bocskai memorialında və Sofiyada təşkil olunacaq (21-26 fevral) Stranja beynəlxalq turnirində mübarizə aparacaqlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Dünya çempionu - terrorçunun məhkəməsi başladı

Boks yığmasına Kubadan mütəxəssis gətiriləcək

Kuba Azərbaycana baş məşqçi axtarır

Əli İsmayılov çempion kəməri qazana bilmədi

Bölmənin digər xəbərləri
 
Çempionlar Liqasının qalibi Bakıda bilinəcək


"Neftçi"nin rəqibləri bəlli oldu
Flaqman uzun illərdən sonra yanvarın 29-da qədim rəqibi "Metallist"lə görüşür

"Turan"ı ölməyə qoymadılar
Son pillənin sahibi dünən doğma məkanda ilk məşqinə çıxıb

FİFA prezidenti Bakıya gələcək


"Böyük Dəbilqə"də kimlər olacaq?


"Bakı" "Arsenal"la da qarşılaşacaq




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər