Türkiyə bankı İran nefti ilə bağlı ödənişlərin qəbulunu davam etdirəcək
|
Şənbə, 28.01.2012
|
|
mətn ölçüsü |
|
|
|
Türkiyə "Halk Bankı" İran nefti müştərilərinin ödənişlərinin qəbulunu davam etdirəcək. "APA-Economics"ə istinadən, bunu bankın baş direktoru Süleyman Arslan deyib.
S.Arslan ABŞ-ın İranla əlaqələrin dayandırılması barədə xəbərdarlığını qəbul etmədiklərini bildirib: "Müxtəlif ölkələrlə ticarət mübadilələrində bank zəmanəti və bank işi əməliyyatlarını siyasi əsaslarla aparmayacağıq".
"Halk Bankı" ilə İran arasında 2011-ci ildə ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb. ABŞ-ın təzyiqləri nəticəsində Hindistandan İran Mərkəzi Bankına ödəmələri bu bank yerinə yetirib. Türkiyə NATO-nun yeganə müsəlman üzvü kimi 2010-cu ildə İran neftinə qarşı sanksiyaları qəbul etməyib.
|
|
|
|
|
|
|