Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Hədəf - tələbələrdir
Hədəf - tələbələrdir
Son zamanlar onların arasında tutulanların sayı çoxalıb
Şənbə, 28.01.2012

S.Soltan mətn ölçüsü  

Bu həftə də həbslərsiz ötüşmədi. "Öyrənci"nin məlumatına əsasən, həftənin əvvəlində Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərdən mühəndis Şəhram Radmehr Güney Azərbaycanın Meşkin (Xiyav) şəhərində ETTELAAT-ın yerli təmsilçiləri tərəfindən tutulub. Bu həftənin əvvəlində Ş.Radmehr 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, indiyə kimi dəfələrlə həbs olunub. Aylarla həbsdə saxlanılıb və işgəncələrə məruz qalıb.

Ötən il may etiraz aksiyalarının 5-ci ildönümünə həsr olunmuş tədbirdə daha 15 nəfərlə birlikdə tutularaq, 148 gün ETTELAAT Təbriz bölməsində işgəncə altında sorğulanmışdı. Onda onu 220 min dollarlıq mülk girovu qarşılığında zaminə buraxmışdılar.

Onunla birlikdə milli təəssübkeşlərdən Yunis Süleymani və adları hələlik açıqlanmayan daha bir neçə nəfər həbsdədir.

"GünAzTV"nin xəbərlərinə əsasən, jurnalist, hüquq müdafiəçisi, mühəndis İbrahim Rəşidi (Savalan) və Afşin Şahbazi Təbrizdə tutulub. İbrahim Rəşidi (Savalan) dəfələrlə ETTELAAT məmurları tərəfindən tutuqlanmış, işgəncəyə məruz qalmış və zindanda saxlanılmışdır. Hələ də milli haqların təmini yönündə fəaliyyətinə görə ona qarşı Azərbaycanın bir neçə şəhərində məhkəmə işi açılıb.

İbrahim Savalan Azərbaycan türkcəsi və sosiologiya müəllimi, Şəhriyar ədəbiyyat dərnəyinin qurucularından və əvvəllər katibi olub. İbrahim Rəşidi həm də "Azərtorpaq" qeyri-hökumət təşkilatının qurucularından, professor Məhəmmədtağı Zehtabi, Səttar xan, eləcə də dil və etnik qurultaylarına katiblik edib.

"Ulduz", "Bulud" dərgilərinin məsulu, "Baxış" və "Oyanış" adlı tələbə jurnallarının redaksiya heyətinin üzvü olmaqla yanaşı, Güney Azərbaycanda çeşidli dərgilərdə, o cümlədən "Bayram", "Laçın" jurnallarında məqalələrlə çıxış edib.

Afşin Şahbazi isə "Azərbaycanı tanıtım ocağı"nın üzvü və Təbriz Universiteti aqronomluq fakültəsinin tələbəsidir. O da ETTELAAT məmurları tərəfindən dəfələrələ həbs olunaraq, çeşidli təzyiqlərə və işgəncələrə məruz qalıb.

Afşin Şahbazi bundan öncə Azərbaycanın Sulduz (qondarma adı - Nəğədə) 2006-cı ilin məlum olayları zamanı hakimiyyət tərəfindən öldürülmüş şəhidlərin ildönümü mərasimindən qayıdanda, habelə Urmiya gölünün ekoloji fəlakətinə etirazlarda tutulmuşdu. Bir müddət əvvəl o, təhsil aldığı universitetdəki fəaliyyətinə görə Təbriz Universitetində xəfiyyə idarələrinə bağlı qurumlar və ETTELAAT məmurları tərəfindən hədələnmişdi. O, tələbələr üçün nəzərdə tutulmuş bir sıra sosial güzəştlərdən də məhrum olunub.

Şahbazi Təbriz Universitetinin fəal tələbələrindən Mehrdad Kərəminin tutuqlanmasına etiraz edənlərdən olmuş və bu qanunsuz həbslərlə bağlı məqalələr yazmışdır. ETTELAAT Təbriz bölməsinin əməkdaşları həftənin əvvəlində Təbriz Universitetinin tələbələri - Ruzbeh Səadəti və Məhəmməd Əhədini Miyana şəhərindən tutub aparıblar. Hər iki azərbaycanlı gənc universitetdə Azərbaycan dili və mədəniyyətinin təbliği ilə məşğul olmaqda ittiham edilib.

Həmin gün axşam isə ETTELAAT-çılar Əhər Universitetinin tələbəsi Mehdi Abbasi (Oxtay) tələbə yataqxanasında həbs olunub. Onlara qarşı ittihamlar hələlik bəlli deyil.

Məhəmməd Əhədi Təbriz Universitetində əkinçilik mühəndisliyi üzrə təhsil alıb. O, "Azərbaycanı tanıtım ocağı"nın üzvlərindən olub. M.Əhədi bundan öncə də milli fəaliyyətlərinə görə dəfələrlə tutulmuşdur.

GünAz TV-yə istinadən, azərbaycanlı fəal, öyrənci "Arman" icmasının qurucularından olan Yunis Zareyun bir gün saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılıb. Zareyun bu il yanvarın 25-də öz ata evində ETTELAAT məmurları tərəfindən tutulub və bir gün sonra müvəqqəti azadlığa buraxılıb. Adı çəkilən gənc çox fəal soydaşlarımızdan biridir. O milli-mədəni zəmində yazılmış bir çox məqalənin müəllifidir. İran rejimi, Zareyunu 2 il öncə Kərəcin azad universitetində təhsil alarkən, onu universitetdən uzaqlaşdırıb və təhsilinin davamına qadağa qoyub.

Yenə GünAz TV-yə istinadən, bir neçə gün öncə Əhər şəhərində döyülərək yaxalanan azərbaycanlı fəal Əli Pakbaz (Səhənd) yenidən tutulub. Əli Pakbaz kitab mağazasının bağlanması və ilk dəfə tutularkən döyülməsinin səbəbini araşdırmaq üçün Əhər şəhər məhkəməsinə müraciət edib. Lakin, məhkəmə Pakbazın şikayətinə baxmaq yerinə, onu ETTELAAT idarəsinə təhvil verib. Bu əcaib hərəkət barədə geniş məlumat yoxdur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Britaniya tələbələr üçün vizanı sərtləşdirdi

TU tələbələri kütləvi davada iştirak etməyib

"Evimizə getmək istəyirik"

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq

Tələbə azad sahibkarlıq işində

Bölmənin digər xəbərləri
 
Biri oğlunun edamını, biri qardaşının həbsini haqsız sayır
İranın gündəmi bu kimi mövzulardır

"Azərbaycan tarixi" xalçası
Bu sənət əsəri Təbrizdə muzeydə saxlanılır

Suriyada 11 iranlı zəvvar qaçırılıb


BMT baş katibi İrandan Hörmüz boğazını bağlamamağı tələb edib


İran sərhədçiləri altı pakistanlını öldürüblər


Türkiyə bankı İran nefti ilə bağlı ödənişlərin qəbulunu davam etdirəcək




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər