Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Qovduğu tələbələrin dalınca özü adam göndərirdi"
"Qovduğu tələbələrin dalınca özü adam göndərirdi"
Ramiz Məlikli də imtahandan qovulub geri çağırılan məşhurlar siyahısındadır
Şənbə, 28.01.2012

Şəms mətn ölçüsü  

Bu aktyor teatrsevərlərin yaddaşında hələ də romantik qəhrəman kimi qalır. Xalq artisti Ramiz Məlikli daha çox "İblis"dəki Arif obrazı ilə xatırlanır. Baxmayaraq ki, bu aktyorun yaradıcılığı bir-birindən maraqlı obrazlar qalereyasıdır. Onun aktyor oyunu həm teatr səhnəsi üçün, həm də kino tariximizə yad deyil. Lakin o, söhbətinə qazandığı şöhrətdən deyil, keçmişdən danışmaqla başladı:

- 1963-cü ildə sənədlərimi Universitetin rejissorluq fakültəsinə təqdim etmişdim. Qazandığım yüksək bal qəbul olunacağıma əminlik yaradırdı. O çağın təhsil qanununa görə, bu fakültəyə qəbul planı on nəfər idi. Sonradan Təhsil Nazirliyi bu sayı altıya endirmişdi. Lakin topladığım ən yüksək bal belə mənim rejissor olmaq arzumu həyata keçirmədi. Səbəb isə əsgərliyə getməməyim oldu. Yəni o zamanlar əsgəri xidmətini bitirənlərə ali məktəbə qəbulda üstünlük verilirdi. Qəbul komissiyasını təmsil edən rektor Rahib Hüseynov, Rza Təhmasib və Məlik Dadaşov tərəfindən mənə mədəni-maarif, dram aktyoru və ya teatrşünaslıq fakültələrindən birini seçmək təklif edildi. Fakturam etibarilə aktyorluğa daha yararlı idim. Sonda yanvar ayına qədər dram aktyorluğu fakültəsində oxumağım qərara alındı. Mənsə razılaşmayıb gələn il gələcəyimi dedim.

REKLAM

Rəhmətlik Rahib müəllim hirslə gələn il sənədlərimi qəbul etməyəcəyini deyib, özü məni qovdu. Ümumiyyətlə, Rahib Hüseynov sənətkar olmaqla bahəm həm də gözəl bir insan idi. Əsəblərinə qapılıb qovduğu tələbələrin sonradan özü dalınca adam göndərirdi. Eldəniz Zeynalov, Fuad Poladov, Vaqif Həsənov, İsrafil İsrafilov, elə mən özüm "qovulan" tələbələr sırasındaydıq. Ümumiyyətlə, tələbəlik illərinə qədər aktyorluq sahəsində müəyyən hazırlığım vardı.

1956-cı ildən xalq teatrında iştirakıma baxmayaraq, Məlik Dadaşov mənimçün ayrı bir məktəb idi. Müəllimlərim arasında Rza Təhmasib, Rza Sarabski, Nəsir Sadıqzadə, Tofiq Kazımovu tez-tez anıram. Bir sözlə, belə ustadların dərslərinə, aktyorluq sənətinə aludəliyim rejissorluq həvəsimi unutdurdu. 1967-ci il martın 12-də on iki məzun Nəsir Sadıqzadənin rəhbərliyilə İrəvan Azərbaycan Dram Teatrına göndərildi. Vaxtilə daşnakların bağladığı həmin teatrın bəraətinə məhz biz nail olduq. İrəvan Teatrında altı ay işlədikdən sonra 1967-ci ildə Tofik Kazımov məni Akademik Milli Dram Teatrına qəbul etdi.

- Aktyorluqla yanaşı, rejissorluq təcrübəniz də var. "Xurşudbanu Natəvan", "Od gəlini", "Qızıl teşt", "Üç quruşluq opera", "Bəxtsiz gəlin", "Qılınc və qələm" tamaşalarında ikinci rejissor qismində çalışmısınız. Maraqlıdır ki, rejissorluğa maraq sonradan sənətə çevrilmədi...

- Əslində həvəsi professionallığa çevirmək niyyətim vardı. Lakin tamaşalar, çəkildiyim filmlər bütün vaxtımı almışdı. Nəhayət, 1991-ci ildə "Debüt" studiyasında Yadigar Əliyevin "Divar" ssenarisi əsasında eyniadlı filmi ekranlaşdırdım. Öncələr çəkildiyim filmlərdə korifey rejissorların işlərini diqqətlə müşahidə etmişdim. 32 dəqiqəlik "Divar"ı çəkməkdə məqsədim kino mətbəxilə daha yaxından tanışlıq idi.

- Tamaşaçıların yaddaşında daha çox Arif obrazı ilə qalmısınız. Yenidən bu obraza qayıtmaq istərdinizmi?

- Təbii ki, daxilən mən hər zaman Arifi oynamağa hazıram. Ancaq yaş öz sözünü deyib.

- 1987-ci ildə alman rejissor Karl Georq Kayzer Akedemik Milli Dram Teatrının səhnəsində Bertold Brextin "Üç quruşluq opera" tamaşasını hazırladı. Tamaşanın II rejissoru olaraq bu məsuliyyətli əməkdaşlığı necə xatırlayırsınız?

- Ölkələrarası mədəniyyət mübadiləsi zamanı məhz Karl Georq Kayzerlə əməkdaşlıq qərara alındı. İkinci rejissor qismində iştirakımı isə teatrın o vaxtkı baş rejissoru Hüseynağa Atakişiyev təklif etmişdi. Əsərin Azərbaycan tərcüməsinin müəllifi Vaqif Səmədoğlu idi. Çox mədəni, səviyyəli, el dililə desək, "adam arasına çıxarılacaq" musiqili səhnə əsərində Fuad Poladov, Yaşar Nuri, Şükufə Yusifova, Zərnigar Atakişiyeva iştirak edirdilər. Ancaq təəssüflər olsun ki, belə bir tamaşa nəinki respublika hüdudlarından, heç teatrın qapısından kənara çıxa bilmədi. Çünki o vaxtkı respublika rəhbərliyi Azərbaycan mədəniyyətinin təbliğində maraqlı deyildi. Mərkəzi Komitənin icazəsi olmadan teatr rəhbərliyi axı nə edə bilərdi? Hər halda, bu tamaşanı rejissorun, müəllifin vətəni Almaniyada oynamaq olardı. Rəhmətlik Tofiq Kazımov həmişə deyərdi ki, intriqasız teatr yoxdur. Bu teatrda ulduz xəstəliyinə tutulan, bir rol oynayıb özlərini sənətkar hesab edən özünəvurğunlar çox olub. 60-70-ci illərdə Tofik Kazımov cavan, orta və yaşlı nəsl aktyor ənənəsi yaratmışdı. Bu, teatrın inkişafına da müsbət təsir göstərirdi.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Sənətçilər tibbi sığortaya daha çox maraq göstərir

Nüşabə Ələsgərli: "Mən siravi yox, peşəkar müğənniyəm"

Sənətçilərin çoxu bu ay ac qala bilməyib

Səhnəmizin çəkidən ağır və yüngülləri

Müasir İncəsənət Mərkəzində gənc rəssamların sərgisi keçirilir

Bölmənin digər xəbərləri
 
Hüseyn Cavid Daşkənddə anılacaq
Dramaturqun əsərləri özbəkcəyə çevrilir

Borçalı qadınlarının nadir fotoşəkli


Vatikanda qədim Azərbaycan əlyazmaları bərpa edilir


Radio fransız mahnılarına və ifaçılarına yer verməyəcək


Tahir Salahovun ev-muzeyi "İçərişəhər"in tabeliyində yaradılacaq


2012 Nizami, Axundzadə və Sabirin yubiley ilidir




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər