Hal-hazırda Ayna qəzetinin 28.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 28.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Hamı üçün təhsil  
 
 
Doktoranturaya qəbulun nəticələri açıqlanıb
Doktoranturaya qəbulun nəticələri açıqlanıb
Doktorantura və dissertanturanın qiyabi olması özünüaldatma sayılır
Şənbə, 28.01.2012

Aynurə mətn ölçüsü  

MEA Rəyasət Heyəti elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun nəticələrini açıqlayıb. Rəyasət Heyətinin iclasında doktoranturaya qəbulla bağlı məlumat verən akademik Vaqif Fərzəliyev bildirib ki, elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulla bağlı 56 yer elan edilib.

Onlardan 27 əyani, qiyabi isə 29 yer olub. Faktik olaraq qəbul olunanların sayı 42 olub. Onlardan da 14-ü əyani, 28-i isə qiyabidir. Fərzəliyev deyib ki, Fizika-Riyaziyyat Elmləri Bölməsi üzrə 3 nəfər, Kimya Elmləri Bölməsi üzrə 7 (3 əyani, 4-ü qiyabi), Yer Elmləri Bölməsi üzrə 2 (qiyabi), Biologiya Elmlər Bölməsi üzrə 8 (3 nəfər əyani, 5-i qiyabi), İctimai-Humanitar Elmləri Bölməsi üzrə 17 nəfər (6-sı əyani, 11-i qiyabi), Naxçıvan Bölməsi üzrə 2 nəfər (qiyabi), Gəncə Elmi Bölməsi üzrə isə 3 nəfər (2 nəfər əyani, 1-i qiyabi) qəbul edilib.

Qeyd edək ki, iclasda AMEA prezidenti, akademik Mahmud Kərimov qiyabi doktoranturanı başa düşmədiyini söyləyib: "Qiyabi doktoranturanı necə başa düşmək olar?"-deyə M.Kərimov sualla iclas iştirakçılarına müraciət edib. Sonra V.Fərzəliyev, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyiblər ki, qiyabi doktorantlar institutların əməkdaşlarıdır.

MEA Biologiya Elmləri Bölməsinin akademik katibi, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov da M.Kərimovun fikrini təsdiqləyib. O da istər doktorantura, istərsə də dissertanturanın qiyabi olmasını başa düşmədiyini söyləyib və bunu özlərini aldatmaq kimi qiymətləndirib: "Bunların qiyabi olması özümüzü aldatmaq kimi bir şeydir".

Ciddi müzakirə mövzusu olan bu məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov ətraflı məlumat verib. O qeyd edib ki, 2009-cu ildə "Təhsil haqqında" qanunda doktorantura da təhsilin pilləsi kimi dəyərləndirilib:

"Eyni zamanda da dissertantura da saxlanıldı. Ancaq dissertanturada yazıldı ki, ancaq elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olanlar dissertant ola bilərlər. Bu sahəyə axının qarşısını almaq üçün belə qiymətləndirildi ki, başqa sahələrdə işləyənlər dissertant ola bilməzlər".

A.Həşimov xatırladıb ki, Nazirlər Kabineti doktorantura təhsili haqqında qərar qəbul edəndə Azərbaycan Konstitusiyasının 42-ci maddəsini əsas götürərək hər kəsin təhsil almaq hüququ olduğunu nəzərə aldı və doktoranturaya qəbul da belə təsdiq olundu:

"Yəni həm fəlsəfə doktoru, həm də doktoranturaya qəbul qaydaları təsdiq olundu. Eyni zamanda dissertantura da orada qeyd edildi, ancaq elmi və elmi-pedaqoji fəaliyyət ödənilməklə qəbul edildi. Belə qərara alındı ki, təhsilin növü həm əyani, həm də qiyabi ola bilər. Həmçinin yazıldı ki, təhsil həm ödənişli, həm də ödənişsiz ola bilər".

A.Həşimov bildirib ki, beləliklə, qanunda həm fəlsəfə doktoru, həm də elmlər doktoru ilə bağlı hər iki təhsil növü var:

"Bütün bunları nəzərə alaraq, MEA həm fəlsəfə doktoru, həm də elmlər doktorluğuna qəbul proqramı elan edib. Akademiya tarixində ilk dəfədir ki, elmlər doktorunun mövzuları Rəyasət Heyətində təsdiq olunur ki, bu da qəbul qaydaları çərçivəsində aparılır".

A.Həşimov bir daha institut və bölmə rəhbərlərinə bildirib ki, əgər dissertant elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olursa, o, dissertant kimi qəbul edilə bilər:

"Məsələn, Neft Şirkətindən gələnləri dissertant kimi qəbul edə bilməzsiniz. Orta məktəb, institut müəllimləri elmi işlə məşğul olmursa, onları da dissertant kimi qəbul edə bilməzsiniz".

Xatırladaq ki, doktorantura ilə bağlı qaydalara əsasən, elmlər doktoru proqramı üzrə doktoranturada təhsilin müddəti 5 ildir. Doktorantlar təsdiq olunduqları gündən təhsilə başlayırlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Arxeoloji fond yaradılacaq

AMEA prezidenti:

Doktoranturaya qəbul planı dəyişə bilər

AMEA prezidenti Mahmud Kərimov:

Doktoranturaya qəbula aydınlıq gəlir

Bölmənin digər xəbərləri
 
İran bizim 10 universiteti seçdi
Azərbaycan diplomlarının İranda tanınma qaydaları dəyişdirilib

Kim sərbəst mühitdə çalışmaq istəməz?
Xaricdə təhsil alanların əksəriyyəti özəl sektora üstünlük verirlər

Fevralın 5-dən magistraturaya sənəd qəbulu başlanır


Məktəbdənkənar müəssisələrin monitorinqi aparılır


Yoxlama imtahanlarının vaxtı niyə dəyişdirildi?


20-yə yaxın "Elektron məktəb" yaradılıb


MEA Naxçıvan Elmi Bölməsinin hesabatı olub


"Elm haqqında" qanun qəbul olunacaq




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər