Bakının Suraxanı rayonunun korrupsiyada ittiham olunaraq həbs edilən sabiq hərbi komissarının məhkəməsi başlayıb. Bakı Hərbi Məhkəməsindən APA-ya verilən məlumata görə, hakim Həbib Həsənovun sədrliyi ilə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.
Suraxanı rayonunun sabiq hərbi komissarı T. Ağayev ötən ilin aprelində həbs edilib. O və digər ittiham olunanlar rüşvət almaqda təqsirli bilinirlər.
|