Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib
Cümə, 20.01.2012


İLKİN
mətn ölçüsü  

Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirib.

Nazirlər Kabinetinin məlumatına görə, NK-nın 336s saylı qərarı ilə "Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü - 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu" təsdiq edilib. Bu proqnozlar İqtisadi İnkişaf Nazirliyinin təklifini nəzərə almaqla hazırlanıb.

Proqnozlara görə, qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı 10-11 min arasında dəyişir. Belə ki, 2012/2013-cü ildə 10 900 tələbə, 2013/2014-cü ildə 11 070 tələbə, 2014/2015-ci ildə 11 232, 2015/2016-cı ildə 11 398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.

2012/2013-cü tədris ili üçün dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər) və iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) nəzərdə tutulub.

Müəllim ixtisasları üzrə ən çox sifariş xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyat (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) nəzərdə tutulur.

Növbəti təhsil ili üzrə ən çox sifariş bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompüter elmləri (162 yer) ixtisasları üzrədir.

Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alan magistrantların sayı 2,5 min olacaq. 2012/2013-cü ildə 2 448, 2013/2014-cü ildə 2 495 tələbə, 2014/2015-ci ildə 2 546, 2015/2016-cı ildə 2 551 magistrantın dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Britaniya tələbələr üçün vizanı sərtləşdirdi

TU tələbələri kütləvi davada iştirak etməyib

"Evimizə getmək istəyirik"

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq

Tələbə azad sahibkarlıq işində

Bölmənin digər xəbərləri
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi

Dönər satışına yasaq
SN: "Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur"

"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan "azad olmayan" ölkələr siyahısında qalır

Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər

Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər