Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur
Cümə, 20.01.2012

Xaqani Səfəroğlu mətn ölçüsü  

Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında "Təhsil krediti haqqında" qanun layihəsi müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə bildirir ki, bu qanunun qəbulu azad bazar münasibətlərinə keçidlə bağlıdır. Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində təhsil krediti praktikası mövcuddur: "Bu baxımdan Azərbaycanda da bu praktikadan istifadə zamanı yetişib. Hazırda ölkədə fəaliyyət göstərən bir çox özəl ali təhsil müəssisəsində iqtisadiyyatın bir çox sahələri üzrə mütəxəssislər hazırlanır. Təbii ki, söhbət özəl təhsildən gedirsə, bu zaman təhsil kreditinə də ehtiyac yaranır. Çünki bəzən ailələr imkansız olduğundan təhsil haqqının ödənilməsində problemlər yaranır. Hətta bəzən imkansızlıq səbəbindən bəzi tələbələr təhsillərini yarımçıq qoymalı olurlar. Ona görə bu cür problemin həlli üçün "Təhsil krediti haqqında" qanunun qəbulu zəruridir".

Komitə üzvü Əli Məsimli deyib ki, deputat həmkarı Vahid Əhmədovla bu qanun layihəsini qanunvericilik təşəbbüsü hüququndan çıxış edərək hazırlayıblar: "Layihə hazır olandan sonra Milli Məclisin rəhbərliyinə, aparata təqdim etdik. Rəhbərlik layihəyə rəy verilməsi üçün sənədi Təhsil Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Mərkəzi Banka göndərdi. Bu qurumlardan rəylər artıq daxil olub və layihənin təkmilləşdirilməsi zamanı istifadə olunacaq".

Məsimlinin sözlərinə görə, təhsil kreditinin verilməsi üçün layihədə iki şərt irəli sürülür:

"Bunlardan biri sosial kreditlərin verilməsidir və bu forma daha məqsədəuyğun sayılır. Layihədə göstərilib ki, bu forma kreditlər faizsiz verilir. Digər forma kreditlər faizlə verilə bilər. Bu zaman kommersiya banklarını həvəsləndirmək məqsədilə kreditlərin 5 faizlə verilməsi təklif olunur. Geri qaytarılması müddəti isə 20 il nəzərdə tutulur".

Kreditlərin kimlərə şamil olunacağına gəldikdə, deputatın fikrincə, ilkin mərhələdə pullu təhsil alan tələbələrə verilməsi nəzərdə tutulub: "Sonradan orta ixtisas məktəblərində oxuyanlara da təhsil kreditləri verilə bilər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

Məhkəmə barışıqla başa çatdı

Əsas məsələ qanunun qəbulu yox, işləməsidir

"Azərsu" qanunsuz tikililərin siyahısını dəqiqləşdirir

Bölmənin digər xəbərləri
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi

Dönər satışına yasaq
SN: "Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur"

"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan "azad olmayan" ölkələr siyahısında qalır

Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər