Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər
Cümə, 20.01.2012

İ.Telmanoğlu mətn ölçüsü  

Yanvarın 18-də Harvard Universitetinin 823 məzunu prezident İlham Əliyevə ünvanlanmış məktubu Azərbaycanın Vaşinqton səfirliyinə təqdim ediblər.

"Bəxtiyarın dostları" qrupunun üzvü Palak Şah "Amerikanın səsi" radiosuna bildirib ki, bu, aksiyalarının ilk tədbiridir. "Biz səfirliyin qarşısına yenidən qayıdacağıq", - deyə o qeyd edib.

Qrupun sözçüsü Rob Ness deyib ki, Bəxtiyarın tələbə yoldaşları məktubu səfirliyə təqdim edib. "Prezident İlham Əliyevə ünvanladığımız məktubun tələbi çox sadədir. Biz, sadəcə, Bəxtiyar Hacıyevin azad olunmasını tələb edirik. Çünki siyasi məhbusdur və Amnesty İnternational onu vicdan məhbusu elan edib", - deyə o bildirib.

Bəxtiyar Hacıyev Harvard Universiteti magistridir. 2010-cu il parlament seçkilərində deputatlığa namizədliyi zamanı hökuməti sərt tənqid edib. O, seçkilərdən sonra qanun pozuntuları ilə bağlı videogörüntülər yayıb. Gənc fəal habelə "11 mart - Böyük Xalq Günü" adlı virtual etiraz aksiyasının təşəbbüsçülərindən olub. Bütün bunlardan sonra hərbi çağırışdan yayınma ittihamı ilə iki il azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevi vicdan məhbusu elan ediblər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

"Evimizə getmək istəyirik"

Bəxtiyar Hacıyev 24 saat ac-susuz saxlanıb

Bəxtiyar Hacıyevə işgəncə verilir?

Professor Cəmil Həsənlinin monoqrafiyası ABŞ-da nəşr edilib

Bölmənin digər xəbərləri
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi

Dönər satışına yasaq
SN: "Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur"

"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan "azad olmayan" ölkələr siyahısında qalır

Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər