Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Freedom House" yenə bizi "azad" görmədi
"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan \"azad olmayan\" ölkələr siyahısında qalır
Cümə, 20.01.2012

X.Səfərov mətn ölçüsü  

Amerikada yerləşən və dünyada demokratik dəyərlərin bərqərar olunması üçün çalışan "Freedom House" qeyri-hökumət təşkilatı yenidən Azərbaycanı "azad olmayan" ölkələr siyahısına salıb.

Təşkilat 2011-ci ildə dünya ölkələrində siyasi hüquqlar və mülki azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabatı açıqlayıb. Hesabatda Azərbaycanda siyasi hüquqlar "6", mülki azadlıqlar isə "5" balla qiymətləndirilir. Qeyd edək ki, təşkilat dünya ölkələrini 7 ballıq şkala ilə qiymətləndirib (ən yaxşı ölkəyə "1", ən pis ölkəyə isə 7 bal verməklə).

Hesabatda Azərbaycanda bu sahələrdə vəziyyətə verilən ballar ötən illə müqayisədə dəyişməsə də, ümumilikdə vəziyyətin daha da pisləşməyə doğru getdiyi qeyd edilir. "Freedom House"un araşdırmalar üzrə vitse-prezidenti Arch Puddington "Azadlıq" Radiosuna deyib ki, hesabat dünyada demokratiya ilə bağlı çoxlu problemin qaldığını göstərir.

"Bir neçə il əvvəl avtoritarizmə doğru başlanan meyil dayanmayıb və dünyanın bir çox yerlərində demokratiyaya mənfi münasibət qalmaqdadır. Avtoritar rejimlər hakimiyyətdə qalmaq üçün çox mürəkkəb üsullar fikirləşiblər və onların yerlərindən tərpədilməsi elə də asan deyil".

Arch Puddington hesab edir ki, bu dedikləri xüsusilə Azərbaycan və Qazaxıstana münasibətdə doğrudur. Təşkilatın hesabatında bu iki ölkədə insan haqlarının vəziyyətinin daha da pisləşdiyi bildirilir. Hesabata görə, Azərbaycanda nümayişləri dağıtmaq üçün zordan istifadə edilib, müxalifət fəalları həbs edilib, beynəlxalq medianı neytrallaşdırmağa çalışıblar və böyük tikinti layihələrinin tərkib hissəsi kimi vətəndaşları öz evlərindən çıxarmaq üçün hakimiyyətdən sui-istifadə edilib.

"Freedom House" təşkilatının hesabatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə də "qeyri-azad" qiyməti verilib, ballar da eynilə - ümumilikdə Azərbaycana verilən ballar kimidir (ötənilki kimi). Azərbaycan hökuməti bir qayda olaraq "Freedom House" təşkilatının hesabatlarını birtərəfli və qərəzli adlandırır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Bölmənin digər xəbərləri
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi

Dönər satışına yasaq
SN: "Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur"

Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər

Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər