Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dönər satışına yasaq
Dönər satışına yasaq
SN: \"Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur\"
Cümə, 20.01.2012

Eldəniz mətn ölçüsü  

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası bölməsi Azərbaycanda toyuq dönərinin satışının qarşısının alınması ilə bağlı yerli bölmələrinə göstərişlər verib. Bu barədə RGEM-in qidalanma gigiyenası bölməsi müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, mərkəzin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun bölmə müdirlərinin iştirakı ilə keçirilən müşavirədə bununla bağlı qərar qəbul olunub.

Abdullayev deyib ki, Azərbaycanda toyuq dönərinin satışına rəsmi şəkildə yasaq qoyulmasına baxmayaraq, bu məhsulun satışı yenə də davam etdirilir:

"Əvvəlki illərə nisbətən toyuq dönərinin satışı azalıb. Amma indi bir çox dönərçilər adətən günorta saat 15-16-dan sonra toyuq dönərləri hazırlamağa başlayırlar. Onlar səhər saatlarında bunu etmirlər, çünki nəzarətdən və yoxlamalardan çəkinirlər. Belə hallara çox rast gəlinir. Ona görə də bu məsələlər tam ciddiləşməli və məsuliyyət dərəcələri artırılmalıdır. Şöbələrimizə tapşırıqlar vermişik ki, toyuq dönəri satılan obyektlərə nəzarəti gücləndirsinlər və qarşısını alsınlar".

Şöbə müdiri bildirib ki, toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsul olduğundan toyuq dönəri riskli məhsul sayılır.

Xatırladaq ki, Azərbaycanda toyuq ətindən dönər hazırlanmasına 2006-cı ildən yasaq qoyulub. Bu yasaq qoyularkən ölkədə "quş qripi" xəstəliyinin olması təhlükəsi nəzərə alınıb. "Quş qripi" xəstəliyinin yayılması təhlükəsi mövcud olduğundan yasaq hələ də qüvvəsini saxlayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Quş ovuna yasaq qoyuldu

Toyuq dönərinə qoyulan qadağa qüvvədədir

Quşçuluq fabriklərinin ağır durumu

Toyuq məhsulları ucuzlaşır

Üç milyon əhalisi siqaret çəkən bir ölkədə...

Bölmənin digər xəbərləri
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi

"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan "azad olmayan" ölkələr siyahısında qalır

Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər

Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər