Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
Bakıda ictimai xadimlərə qarşı terrorun qarşısı alındı
MTN İran xüsusi xidmət orqanları ilə əlaqəli olan dəstəni ifşa etdi
Cümə, 20.01.2012

C.Məzahiroğlu mətn ölçüsü  

İran tərəfin ölkəmizə və xalqımıza nə kimi məkrli münasibət bəslədiyi bir daha aşkar oldu. Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycanda ictimai xadimlərə qarşı terrorun qarşısının alındığına dair açıqlaması belə düşünməyə tam əsas verir. MTN-in dünən yaydığı məlumatda bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimlərin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparmış və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törətmişlər.

Müəyyən edilmişdir ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqədə olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qayını Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş etmiş və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd etmişdir.

Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəklini təqdim etmişdir. Balaqardaş Dadaşov terror aktının həyata keçirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul vermişdir.

Rasim Əliyev tapşırığı yerinə yetirmək üçün odlu silahdan istifadə bacarığına malik olan tanışı Əli Hüseynov ilə cinayət əlaqəsinə girərək, Balaqardaş Dadaşovun sifarişi barədə onu ətraflı məlumatlandırmış və bu sui-qəsdi icra edəcəyi təqdirdə alacağı pulun yarısını Əli Hüseynova verəcəyini vəd etmişdir. Əli Hüseynov bu təkliflə razılaşdıqdan sonra qətllərin icrası ilə bağlı hazırlıq işlərinin görülməsi, o cümlədən avtomaşının alınması və digər məsələlərin həlli üçün Rasim Əliyev ona ayrı-ayrı vaxtlarda ümumilikdə təxminən 7 min ABŞ dolları məbləğində pul vermişdir. Rasim Əliyev Əli Hüseynova sui-qəsd edəcəkləri şəxslərin, onların işlədikləri yerlərin və idarə etdikləri avtomaşınların fotoşəkillərini, yaşadıqları ünvanların plan-sxemini də təqdim etmişdir.

Əli Hüseynov terror aktını icra etmək məqsədilə Rasim Əliyevdən aldığı pulun bir hissəsini BMW markalı işlənmiş avtomaşının əldə edilməsinə və təmirinə, cinayətin törədilməsində istifadə ediləcək digər əşyaların alınmasına xərcləmişdir.

Əli Hüseynov həyatlarına sui-qəsd edəcəyi şəxslərin işlədikləri əraziyə bir neçə dəfə gəlmiş, kənardan gizli müşahidələr aparmış, burada çoxlu sayda təhlükəsizlik kameralarının quraşdırıldığına və terror aktının törədilməsinin yaxın məsafədən mümkünsüzlüyünə əmin olduqdan sonra cinayəti yalnız uzaqdan snayper tüfəngi ilə icra etmək qənaətinə gəlmişdir. Eyni zamanda, Əli Hüseynov terror aktının icrasını həmin ərazidə həyata keçirə bilməyəcəyi təqdirdə xarici ölkə vətəndaşlarını yaşadıqları evin yaxınlığında tapança ilə qətlə yetirməsinin mümkünlüyünü planlaşdırmışdır.

Əli Hüseynov müşahidələrinin nəticəsi barədə Rasim Əliyevi məlumatlandırmış, ona səsboğucuları ilə birlikdə Rusiya istehsalı olan snayper tüfəngi və PM tipli tapança əldə edilməsinin vacibliyini bildirmişdir. Rasim Əliyev İrana gedərək Əli Hüseynovun təkliflərini Balaqardaş Dadaşova çatdırmış və sonuncu lazım olan silahların Azərbaycan Respublikasına gətirilməsinin təmin ediləcəyinə söz vermişdir.

Bir müddətdən sonra Rasim Əliyev Balaqardaş Dadaşov ilə yenidən görüşmək üçün Ərdəbil şəhərinə getmiş və sonuncunun yaşadığı mənzildə tapşırığın icrası ilə əlaqədar Əli Hüseynovla birgə topladıqları məlumatları ona çatdırmışdır. Balaqardaş Dadaşov sifariş verilmiş silahların Biləsuvar rayonu ərazisində əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyəni demiş və onların oradan götürülməsini Rasim Əliyevə tapşırmışdır.

Lakin Rasim Əliyev odlu silahlarin tapşırılan yerdən götürülməsinin təhlükəli olduğunu bildirmiş və Əli Hüseynovla birlikdə silahların qoyulması üçün özlərinin təklif etdikləri ərazinin videoçəkilişini apardıqları yaddaş kartını Balaqardaş Dadaşova vermişdir. Balaqardaş Dadaşov həmin yaddaş kartını götürmüş və bu təklif barədə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb məsləhətləşdikdən sonra nəticəsini Rasim Əliyevə bildirəcəyini demişdir.

Balaqardaş Dadaşov lazım olan şəxslərlə məsləhətləşdiyini və təklifin qəbul olunmadığını, sifariş edilən silahların Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədiləcəyini bildirmişdir.

Balaqardaş Dadaşov 2011-ci ilin oktyabr ayında 1 ədəd SVD tipli snayper tüfəngi, həmin silaha məxsus 2 ədəd səsboğucu və 2 ədəd dolu daraq, 1 ədəd optik nişangah, 3 ədəd PM tipli tapança, həmin silaha məxsus 3 ədəd səsboğucu və 3 ədəd daraq, üzərində "Charge Demolition M-112" yazıları olan C4 kompozisiyalı 16 ədəd 800 qramlıq plastik partladıcı maddə, 10 ədəd elektrodetonator, 117 ədəd 7,62 mm və 112 ədəd 9 mm çaplı patron yığılmış iki bağlamanın gizli yolla İrandan Azərbaycana gətirilməsini və Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarında əvvəlcədən razılaşdırılmış yerdə gizlədilməsini təşkil etmişdir.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz önləyici əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanmışlar. Qrupun üzvləri tərəfindən əvvəlcədən razılaşdırılaraq müəyyənləşdirilmiş Bakı-Astara avtomagistralının 150-ci kilometrliyində, yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsinin kənarındakı gizli yerdə aşkarlanmış bağlamalardan qeyd olunan odlu silahlar, onların komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular aşkarlanaraq götürülmüşdür.

Hazırda MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM 28,277-ci (ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə hazırlıq), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin və qurğuların qaçaqmalçılığı) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə cinayət işinin istintaqı aparılır. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

...Lakin özünü tükətmiş olan İran bizi qorxuda, bu kimi primitiv yollarla bizi öz orbitinə çəkə biləcəkmi? Yanlış hesabdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının Azərbaycana səfəri gözlənir

Azərbaycan - Rusiya sərhədində atışma

Antiterror koalisiyasına qarşı vuruşan azərbaycanlılar?..

ADNA-dakı teraktın məhkəməsi davam edir

MTN narkotikə görə son bir ayda 24 nəfəri saxlayıb

Bölmənin digər xəbərləri
 
Dönər satışına yasaq
SN: "Toyuq əti infeksiyanı özündə saxlayan və onun artmasına şərait yaradan məhsuldur"

"Freedom House" yenə bizi "azad" görmədi
Azərbaycan "azad olmayan" ölkələr siyahısında qalır

Prezidentə müraciəti 823 məzun imzalayıb
Harvard məzunları Bəxtiyar Hacıyevə azadlıq istəyirlər

Təhsil krediti qanunu müzakirəyə çıxarılır
Kasıb tələbələrə faizsiz kreditlər nəzərdə tutulur

Parlament yekun hesabatına hazırlaşır
Ötən il Milli Məclisə 5481 vətəndaş müraciət edib

Nazir paytaxt polisinin işini bəyənir
Ötən il cinayətkarlıqla savaşın yekunları pis görünmür

Ən çox texniki və texnoloji ixtisaslara önəm verildi
NK dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq edib

Zabitlər Nazirlər Kabinetindən narazı düşüblər
İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyası niyə verilmir?

Azərbaycan Qarabağda hərbi əməliyyatları bərpa etməyəcək


Ermənistan ordusunun podpolkovniki həbs olunub


Sabiq hərbi komissarın məhkəməsi başlayıb




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər