Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Qarabağ problemi niyə həll edilmir?
Qarabağ problemi niyə həll edilmir?
Çünki regionda marağı olan qlobal güclər buna mane olurlar
Cümə, 20.01.2012

Ənvər Börüsoy mətn ölçüsü  

Soyuq Savaş dönəmi bitdikdən sonra, indi təkqütblü dünya siyasəti güclənməkdədir. Bu prosesə qarşı dirəniş göstərən və bölgədə marağı olan dövlətlər "Güney Qafqaz Projesi"ndə Qarabağ probleminin həll edilməməsinə çalışırlar. ABŞ, Avropa Birliyi, eləcə də Rusiya və İranın təşəbbüslərində məhz bu cəhdə önəm verilməkdədir. Elə buna görə də Azərbaycanın ərazi bütövlüyünün vacib olması haqqında bol-bol şirin sözlər söyləyənlərin özləri Qarabağ məsələsinin əleyhində olanlardır. Bir yandan Azərbaycan tərəfi haqlı olaraq ərazi bütövlüyünü təmin etmək üçün iradə göstərir, digər yandan isə qlobal güclərin pərdəarxası dirənişləri ilə üz-üzə qalmışdır.

İran və Rusiyadan baxış

Bəlli olduğu kimi, hər hansı dövlət bu gün öz daxili siyasətini çağdaş dünya siyasətindən təcrid olunmuş durumda tənzimləyə bilməz. Ən azından qonşu dövlətlərdəki siyasi, iqtisadi və sosial proseslərin hansı məcrada getdiyini nəzərə almalıdır. Qonşularımıza baxaq.

Rusiya və İranda mövcud olan yarımtotalitar mahiyyətli rejimlər Azərbaycanın strateji əhəmiyyətini dərindən dərk edirlər. Onların düşüncəsinə görə, Azərbaycan öz ərazi bütövlüyünə nail olacağı təqdirdə Quzey Qafqaz xalqlarının azadlıq hərəkatı üçün ən azından arxa cəbhə rolunu oynayacaq. Rusiya 1918-1920-ci illərdə Quzey Qafqaz xalqlarını konfederativ şəkildə vahid bir dövlət olaraq birləşdirən Dağlı Respublikasının sənədlərini və məşhur qərarlarını hələ ki, öz arxivlərində qoruyur. Həmin sənədlər və qərarlarda Dağlı Respublikasının könüllü şəkildə Azərbaycana birləşməsi yer almışdır. Geneologiya elminin dərinliklərinə varmağı bacaran Kreml bunu heç zaman unutmamışdır. Quzey Qafqazın əldən çıxması, əslində Rusiyanın 450 illik Qafqaz siyasətinin birdəfəlik iflasa uğraması deməkdir.

Azərbaycanın ərazi bütövlüyü güney qonşumuz İranda bu geniş ölkənin mədəni, ictimai və siyasi sahədə çox asanlıqla çökməsinin təməl prinsipi hesab edilir. Bunu İranın Qafqaz üzrə strateji mərkəzləri də etiraf edirlər. Hələ 1991-ci ildə Sovetlər Birliyi çökən zaman İranın Qum şəhərində "Azərbaycanı Öyrənmə Mərkəzi" adlı bir qurum yaradılmışdı. Həmin mərkəzin təmsilçisi Əliəsğər Şeirdust iki il sonra Quma göndərdiyi hesabatda qeyd etmişdi:

"Qarabağ, Gəncəbasar, Qazax və Borçalı böyük bir mədəni vahiddir.

REKLAM

Bunlardan birinin iflasa uğraması Azərbaycanın bir dövlət olaraq ölü vəziyyətə düşməsi deməkdir. Qarabağ və onun ətraf bölgələrinin ermənilərin işğalına məruz qalması İrandakı rejimin ömrünün mümkün qədər davam etməsinə bərabərdir" ("Qafqazın 17 şəhəri" əsəri, Tehran).

Bu gün Rusiyanın Ermənistanda hərbi baza saxlaması, bu regionu silahla təchiz etməsi, hərbi sahədə müttəfiqlik barəsində müqavilələr bağlaması əslində Azərbaycana və Quzey Qafqaza görə atılan addımlardır. İranın Ermənistanı yanacaqla və qida malları ilə təmin etməsinin səbəbi təkcə müstəqil Azərbaycan dövlətinin varlığı, Qarabağın işğal faktoruna bağlı deyil. İran daha çox özünün daxili faktorlarını nəzərə alaraq bu addımı atır. Qarabağ bir ərazi kimi coğrafi baxımdan hərbi strateji bölgə olduğu üçün buradan yayınlanan elektron, televiziya və radio dalğaları İranın daha geniş coğrafiyasını tuta bilərdi. Tehran rejimi bunu çox yaxşı anlayır. Heç bir coğrafi, iqtisadi və siyasi perspektivi olmayan Ermənistana Rusiya və İranın bu qədər böyük, ifrat maraq göstərdiyinin səbəbini elə bunda aramaq gərəkdir...

Təkqütblü qlobal siyasətin maraqları və Qarabağ

1898-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudru Vilsonun "Orta Doğu", "Orta Asiyanın Ortası" və "Qafqaz" masasında yer alan strateji hədəfləri bu gün ABŞ, Avropa Birliyi və NATO-nun təşəbbüsləri sayəsində addım-addım irəliləməkdədir. Soyuq Savaş dönəminin bitməsi, təkqütblü dünya siyasətinin hakim rolunda çıxış etməsinə səbəb olmuşdur. Budur, Əfqanıstan, Pakistan və İraqın ardınca Misir, Tunis, Əlcəzair, Liviya, Yəmən "ərəb baharı" dalğası projesinin şərtləri daxilində "Vilson planı" əsasında rəsmiləşməkdədir.

Böyük Orta Doğu Projesinin (BOP) ardınca sırada "Qafqaz" və "Orta Asiyanın Ortası" projelərinin tədrici yolla həyata keçməsi məcrasında bir sıra yeni strateji mərkəzlər yaradılmışdır. Bu sırada "Azərbaycan və Ermənistan" masası eyni miqyasda dəyərləndirilir. Çünki bu iki qonşu dövlət arasındakı münaqişə və problemlər Rusiya sərhədlərindən xeyli uzaqda yerləşir. 1914-cü ildə Vilsonun Anadolu ərazisi ilə bağlı irəli sürdüyü "Böyük Ermənistan" təklifini indiki ABŞ siyasəti məqbul hesab etmir. Çünki ABŞ-a məxsus strateji mərkəzlər hesab edirlər ki, indiki şəraitdə daha çox "iqtisadi projelərdə qonşu dövlətlərin maraqları da uzlaşdırılmalıdır".

Əksər Amerika fondlarının təhlillərində açıq şəkildə qeyd olunur ki, dünya enerji resurslarının üçdə iki hissəsi Orta Asiya və Qafqazın payına düşür. Bu iki mühüm strateji mərkəz bir tərəfdən Rusiya, digər tərəfdən isə Çinin daha yaxın maraq dairəsindədir. Orta Asiyanın enerji resurslarının Əfqanıstan və Pakistan üzərindən Hind Okeanına daşınması, bir qisminin də Xəzər dənizinin dibindən keçməklə NABUCCO kəməri vasitəsilə reallaşdırılması həm də Rusiya və Çinin təsir dairəsinin heçə endirilməsi kimi qəbul edilir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru xətləri enerji resurslarının daha böyük həcmdə istifadə edilməsi üçün yararlı hesab edilmədiyi üçün NABUCCO projesinə görə, Qarabağ və digər işğal olunmuş ərazilərin dərhal boşaldılma məsələsi hər an gündəmə gələ bilər. Pərdəarxası danışıqlarda iri dövlətlər bu projedə hansı miqyasda iştirak edəcəyi iddiasını sərgiləməkdədir. Bu yöndə "Əsrin kontraktı" tipli razılaşmalara nail olunarsa, o zaman böyük güclərin effektiv təsiri altında ermənilər dərhal geri çəkilmək məcburiyyətində qalacaqlar.

NABUCCO projesinin nə zaman öz reallığını tapacağı isə hələ ki, sual altındadır. Belə ki, təkqütblü dünya gücünün yanında yer almış böyük dövlətlər indiki halda İran körfəzi probleminin həllinə çalışırlar. Burada yaranmaqda olan böhranın iki ucu vardır. Çox şey Körfəz dövlətlərinin necə davranacağı və İranla bağlı problemin nə qədər davam edəcəyinə bağlıdır.

Azərbaycan tərəfinin Qarabağ probleminin həlli istiqamətində irəli sürdüyü iradə, demək olar ki, beynəlxalq birlik tərəfindən bilgiləndirilmişdir. Problemin texniki cəhətdən, yəni işğal olunmuş ərazilərin silah gücü ilə həll edilməsində heç bir çətinlik olmasa da, bölgədə maraqları olan böyük güclər hələ ki, səbirli olmağımızı, dəyişən dünyada bir sıra həlli vacib məsələlərin çözülməsindən sonra bu prosesdə iştirak edəcəklərini bildirirlər.

Bu məsələdə qarşıya çıxan digər problem isə Gürcüstan kimi, Ermənistan da gələcəkdə Güney Qafqaz proyektlərində heç bir maddi vəsait qoymadan Azərbaycanın hesabına istədiklərinə nail olmağa çalışacaqlar. Çünki Ermənistanın dotasiyalı region olmasını təkcə ermənilərin özləri deyil, dünya gücləri də çoxdan bilirlər. Öz növbəsində ermənilər bilirlər ki, təkqütblü qlobal siyasət yürüdən güclər Qarabağ faktorundan faydalanırlar. Onun fərqindədirlər ki, bu güclər Qarabağ probleminin həlli zamanı Ermənistanı bir sıra əlavə güzəştlərə məcbur edəcəklər.

Qarabağ çevrəsindəki oyunlar

Minsk Qrupu, Avropa Şurası, Avropa Birliyi, BMT və digər beynəlxalq birliklərdə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi məsələsində "Dünyanı bankirlər idarə etməlidir" doktrinasının tərəfdarları vardır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

İrandan Qarabağa - təbii qaz

Misir saytı Azərbaycan xalqından üzr istəyib

Nəriman Həsənzadədən irad

Xəzəri ən çox çirkləndirən ölkələrdən biri İrandır

Narko-tacir karvanının sonu görünmür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər