Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AŞPA qış sessiyası başlanır
Azərbaycanla birbaşa bağlı hər hansı məsələ müzakirə olunmayacaq
Cümə, 20.01.2012

İ.Abbasov mətn ölçüsü  

Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasıdır. Milli Məclisin (MM) mətbuat xidmətinin verdiyi məlumata görə, sessiyada parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Bizim heyətin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.

Sessiyada İnsan Hüquqları Məsələləri üzrə Avropa Şurası Komissarının seçilməsi, Avropada demoqrafik tendensiyalar, Qadınlara qarşı zorakılıq və məişət zorakılığı əleyhinə Avropa Şurası Konvensiyasının inkişaf etdirilməsi, Avropada müsəlman qadınlar, hər kəsin mədəni həyatda iştirak hüququ, Belarusda vəziyyət, Ukraynada, Bosniya və Herseqovinada demokratik qurumların fəaliyyəti, Serbiya tərəfindən öhdəliklərin həyata keçirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. İclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bağanıs Ayrım soyqırımı barədə kitab

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb

"Onun sevgi məktubları"

Bu il 105 uşaq bioloji ailələrinin himayəsinə qaytarılıb

Bizim heyət Strasburqa yola düşüb

Bölmənin digər xəbərləri
 
Qarabağın azərbaycanlı icması evə qayıtmaq istəyir
Bayram Səfərov: "Erməni icması görüşməkdən qorxur"

Necdet Ünüvar: "Birgə mövqedən çıxış etməliyik"
TBBM heyəti Bakıda görüşlər keçirir

Rusiya Qəbələ RLS-ə görə nə qədər ödəyəcək?
Yeni təfərrüatlar üzə çıxır

Vaşinqtonda Qarabağ münaqişəsi müzakirə olunub
Müzakirələr ABŞ və Rusiya rəsmiləri arasında aparılıb

Ombudsmandan 20 Yanvar bəyanatı
Bəyanat beynəlxalq təşkilatlara ünvanlanıb

"Rusiya Azərbaycandan üzr istəməlidir"
Bu tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Rusiyada Mixail Qorbaçovun həbsi tələb olunub
İstintaq Komitəsinə müraciət edən ruslar Qorbaçovun 20 Yanvara görə cəzalandırılmasını tələb ediblər

Erik Rubin: Bakı danışıqlarında təhlükəsizlik məsələsi diqqət mərkəzində olub
Bu məsələdə Bakı Vaşinqtonun yanındadır

Obama səfirimizin etimadnaməsini qəbul edib
Elin Süleymanov ötən ilin oktyabrından Azərbaycanın ABŞ səfiri təyin olunub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər