Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Rusiyada Mixail Qorbaçovun həbsi tələb olunub
İstintaq Komitəsinə müraciət edən ruslar Qorbaçovun 20 Yanvara görə cəzalandırılmasını tələb ediblər
Cümə, 20.01.2012


İLKİN
mətn ölçüsü  

Rusiya paytaxtında "Qorbaçovu məhkəməyə verək" adlı etiraz aksiyası keçirilib. Moskva şəhərinin "Arbat", "Novokuznetskaya" və "Ulitsa 1905" metro stansiyaları qarşısında keçirilən etiraz aksiyaları "Rusiya Vətəndaşlarının Həmkarlar İttifaqı" ("Profsayuz qrajdan Rossii") İctimai Birliyi tərəfindən təşkil olunub. İlk olaraq Arbat 11 ünvanında yerləşən "Exo Moskvı" radiostansiyasının qarşısında toplanan aksiya iştirakçıları əllərində "Qorbaçovu məhkəməyə verək" yazılı plakatlar tutaraq ictimaiyyətin diqqətini cəlb etmək istəyiblər. Aksiya iştirakçıları tədbirin "Exo Moskvı" radiostansiyasının ofisinin qarşısında keçirilməsinin səbəbinin radionun Qərbin maraqlarını müdafiə etməsi və Rusiyanı parçalamaq siyasəti yürütməsi ilə bağlı olduğunu bildiriblər.

Birliyin Moskva bölməsinin rəhbəri Aleksandr Kurinov açıqlamasında Mixail Qorbaçovu Sovetlər İttifaqını dağıtdığına, Bakıda bir gündə 132 nəfərin qətlə yetirilməsinə əmr verdiyinə, Vilnüs və Tiflisdə kütləvi qırğınlar törətdiyinə görə məhkəməyə verməyə hazırlaşdıqlarını söyləyib:

"Biz bu barədə Rusiya İstintaq Komitəsinə müraciət ünvanlamışıq. Mixail Qorbaçov barədə cinayət işinin yenilənməsini tələb edirik. Bu cinayət işi hələ 1991-ci ildə SSRİ Baş Prokurorluğunun şöbə müdiri Viktor İlyuxin tərəfindən başlanıb. Lakin sonra o vəzifədən getdiyinə görə cinayət işinə xitam verilib. Biz tələb edirik ki, bu cinayət işi yenilənsin, icraata götürülsün. Əgər İstintaq Komitəsi tələbimizi rədd etsə, məhkəməyə müraciət edəcəyik. Məhkəmə də etiraz etsə, Avropa Məhkəməsinə müraciət edəcəyik".

Aleksandr Kurinov dünən "Exo Moskvı" radiostansiyasının da Qorbaçovun rolunu oynadığını söyləyib:

"Qorbaçov həmin dövrdə Qərbin maraqlarını necə müdafiə edirdisə, bu gün bu radio bu siyasətdən istifadə edərək Rusiyanı parçalamaq siyasəti yürüdür".

O, Qorbaçov əleyhinə olan etiraz aksiyalarının təkcə Moskvada deyil, Rusiyanın digər böyük şəhərlərində də keçiriləcəyini söyləyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

İcma başçısı Rəsmi Kremli tənqid atəşinə tutub

20 Yanvar - hüzn və şərəf günü

Qorbaçov - tarixin yaddaşında ən qəddar düşmənimiz

Qorbaçov-Aqanbekyan planı - 20 Yanvar

Bölmənin digər xəbərləri
 
Qarabağın azərbaycanlı icması evə qayıtmaq istəyir
Bayram Səfərov: "Erməni icması görüşməkdən qorxur"

Necdet Ünüvar: "Birgə mövqedən çıxış etməliyik"
TBBM heyəti Bakıda görüşlər keçirir

Rusiya Qəbələ RLS-ə görə nə qədər ödəyəcək?
Yeni təfərrüatlar üzə çıxır

Vaşinqtonda Qarabağ münaqişəsi müzakirə olunub
Müzakirələr ABŞ və Rusiya rəsmiləri arasında aparılıb

Ombudsmandan 20 Yanvar bəyanatı
Bəyanat beynəlxalq təşkilatlara ünvanlanıb

"Rusiya Azərbaycandan üzr istəməlidir"
Bu tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Erik Rubin: Bakı danışıqlarında təhlükəsizlik məsələsi diqqət mərkəzində olub
Bu məsələdə Bakı Vaşinqtonun yanındadır

Obama səfirimizin etimadnaməsini qəbul edib
Elin Süleymanov ötən ilin oktyabrından Azərbaycanın ABŞ səfiri təyin olunub

AŞPA qış sessiyası başlanır
Azərbaycanla birbaşa bağlı hər hansı məsələ müzakirə olunmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər