Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Rusiya Azərbaycandan üzr istəməlidir"
"Rusiya Azərbaycandan üzr istəməlidir"
Bu tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Cümə, 20.01.2012

İ.Abbasov mətn ölçüsü  

Qarabağ Azadlıq Təşkilatı (QAT) və Sosial Hüquqların Monitorinqi Qrupu üzvləri Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər (APA). Aksiya 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunub. Aksiya iştirakçıları "Qanlı yanvarın qatilləri cəzalandırılsın!", "SSRİ-nin varisi kimi Rusiya Azərbaycandan üzr istəməlidir!", "Beynəlxalq qurumlar 20 Yanvar hadisələrini kütləvi qətliam kimi tanımalıdır!", "Rədd ol, Rusiya!", "Rusiya Qarabağ məsələsində ermənipərəst mövqeyindən əl çəksin!" və s. şüarlar səsləndirilib.

Polis razılaşdırılmamış aksiyanın keçirilməsinə imkan verməyib. İştirakçılar səfirliyin binasından uzaqlaşdırılıb. Aksiyanın qətnaməsinin səfirliyə təqdim olunmasına şərait yaradılıb. Qətnamədə 1990-cı il yanvarın 20-də SSRİ silahlı qüvvələrinin Bakıda və Azərbaycanın digər rayonlarında törətdiyi qətliamla bağlı Rusiyaya etiraz bildirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti qanlı 20 Yanvar hadisələrinə obyektiv siyasi qiymət verməlidir. Bundan başqa, sənəddə 20 Yanvar hadisələri insanlığa qarşı cinayət kimi dəyərləndirilib. Bildirilib ki, SSRİ-nin varisi kimi Rusiyanın prezidenti və parlamenti bu hadisələrə görə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməlidir. Hadisənin təşkilatçıları Qorbaçov, Yazov, Primakov, Bakatin və digərləri beynəlxalq məhkəməyə verilməli, törədilən qətliam barədə beynəlxalq təşkilatlara müraciət olunmalıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Tehranda yeni kortəbii nümayişlər

Müxalifət etiraz aksiyalarına hazırlaşır

"Euronews" yenidən Azərbaycanda

Türkiyə səfirliyi qarşısında aksiya

Bölmənin digər xəbərləri
 
Qarabağın azərbaycanlı icması evə qayıtmaq istəyir
Bayram Səfərov: "Erməni icması görüşməkdən qorxur"

Necdet Ünüvar: "Birgə mövqedən çıxış etməliyik"
TBBM heyəti Bakıda görüşlər keçirir

Rusiya Qəbələ RLS-ə görə nə qədər ödəyəcək?
Yeni təfərrüatlar üzə çıxır

Vaşinqtonda Qarabağ münaqişəsi müzakirə olunub
Müzakirələr ABŞ və Rusiya rəsmiləri arasında aparılıb

Ombudsmandan 20 Yanvar bəyanatı
Bəyanat beynəlxalq təşkilatlara ünvanlanıb

Rusiyada Mixail Qorbaçovun həbsi tələb olunub
İstintaq Komitəsinə müraciət edən ruslar Qorbaçovun 20 Yanvara görə cəzalandırılmasını tələb ediblər

Erik Rubin: Bakı danışıqlarında təhlükəsizlik məsələsi diqqət mərkəzində olub
Bu məsələdə Bakı Vaşinqtonun yanındadır

Obama səfirimizin etimadnaməsini qəbul edib
Elin Süleymanov ötən ilin oktyabrından Azərbaycanın ABŞ səfiri təyin olunub

AŞPA qış sessiyası başlanır
Azərbaycanla birbaşa bağlı hər hansı məsələ müzakirə olunmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər