Hal-hazırda Ayna qəzetinin 20.01.2012 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 20.01.2012
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Ombudsmandan 20 Yanvar bəyanatı
Bəyanat beynəlxalq təşkilatlara ünvanlanıb
Cümə, 20.01.2012

Eldəniz mətn ölçüsü  

Ombudsman Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, Azərbaycanın bir çox şəhər və rayonuna yeridilib:

"Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, millətçi ermənilərin respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulub. Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 132 nəfər mülki şəxsi amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 612 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunub. Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi və kobudcasına pozulması ilə müşahidə olunan və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o dəhşətli gecədən artıq iyirmi iki il keçir. XX əsrdə törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunub".

Qeyd olunub ki, sovet imperiyası həmin cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verib, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri qaçqına və öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilib.

Bəyanatda daha sonra bildirilib ki, 20 Yanvar 1990-cı il tarixində dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub. 20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin həmin qanlı cinayətə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməyib.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

ABŞ-dan bloggerlərə azadlıq tələbi

Gənclər barışıq təklif ediblər

Saxlanılan şəxsi döyən polislər cəzalandırılsın

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb

Bölmənin digər xəbərləri
 
Qarabağın azərbaycanlı icması evə qayıtmaq istəyir
Bayram Səfərov: "Erməni icması görüşməkdən qorxur"

Necdet Ünüvar: "Birgə mövqedən çıxış etməliyik"
TBBM heyəti Bakıda görüşlər keçirir

Rusiya Qəbələ RLS-ə görə nə qədər ödəyəcək?
Yeni təfərrüatlar üzə çıxır

Vaşinqtonda Qarabağ münaqişəsi müzakirə olunub
Müzakirələr ABŞ və Rusiya rəsmiləri arasında aparılıb

"Rusiya Azərbaycandan üzr istəməlidir"
Bu tələblə Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Rusiyada Mixail Qorbaçovun həbsi tələb olunub
İstintaq Komitəsinə müraciət edən ruslar Qorbaçovun 20 Yanvara görə cəzalandırılmasını tələb ediblər

Erik Rubin: Bakı danışıqlarında təhlükəsizlik məsələsi diqqət mərkəzində olub
Bu məsələdə Bakı Vaşinqtonun yanındadır

Obama səfirimizin etimadnaməsini qəbul edib
Elin Süleymanov ötən ilin oktyabrından Azərbaycanın ABŞ səfiri təyin olunub

AŞPA qış sessiyası başlanır
Azərbaycanla birbaşa bağlı hər hansı məsələ müzakirə olunmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Qadın polislər xidmətə cəlb edilib

Qadın polislər xidmətə cəlb edilib


Toğlu qabırğasından kabab, tərxun, ayran...

Toğlu qabırğasından kabab, tərxun, ayran...


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər